Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/04 s. 3
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2013
  • Xoş xəbər müjdəçiləri
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Şagirdə vəftizə doğru irəliləməyə kömək edək (II hissə)
    Gözətçi qülləsi 2020
  • Müqəddəs Kitabı öyrənənə Padşahlığın təbliğçisi olmağa kömək et
    Müqəddəs ibadətimiz 2008
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 3/04 s. 3

Suallar qutusu

◼ Vəftiz olunmamış təbliğçi, vəftiz olunmağa icazə verilənə qədər təbliğ xidmətində nə dərəcədə iştirak etməlidir?

Vəftiz olunmamış təbliğçilər üçün tələblərə müvafiq olan kəs, artıq əməldə Yehovanın Şahidi olmaq üçün güclü istəyə malik olduğunu göstərib (Məz. 110:3). Müqəddəs Yazıları diqqətlə tədqiq etdiyi üçün, onun düşüncə tərzi, baxışları və hətta həyat tərzi də dəyişmişdir. Müqəddəs Kitabı öyrənən adamın qəlbində Yehovanı razı salmaq və Onun iradəsini yerinə yetirmək arzusu yaranmışdır. Bu səbəbdən o, müntəzəm olaraq yığıncaq görüşlərində və konqreslərdə Yehovanın xalqı ilə ünsiyyətdə olur (İbr. 10:24, 25). Yığıncaq görüşlərinə gəlməkdən başqa, ehtimal ki, ürəyi artıq onu öz imanı haqda açıq şəkildə danışmağa təşviq edib və o, bunu görüş zamanı şərh verməklə edir. Həmçinin o, ehtimal ki, Teokratik Xidmət Məktəbinə də yazılıb (Məz. 40:9, 10; om s. 73, 74, rus.).

Müqəddəs Kitabı öyrənən şəxs həqiqəti qəbul edəndə və Padşahlıq haqqındakı xəbəri həqiqətən də qiymətləndirməyə başlayanda, o, evdən-evə təbliğ etmək üstünlüyünü ala bilər. Evdən-evə təbliğ etmək Yehovanın Şahidlərinin birinci dərəcəli işidir (Mat. 24:14; 28:19, 20; om s. 111, rus.). Bununla əlaqədar, həm öyrənməni keçirən təbliğçinin, həm də ağsaqqalların üzərinə ciddi məs’uliyyət düşür: onlar əmin olmalıdırlar ki, Müqəddəs Kitabı öyrənən şəxs hal-hazırda məsihçi prinsiplərinə müvafiq həyat tərzi sürür. O, Yehovanın Şahidi olmağı ürəkdən arzu etməli, həmçinin Padşahlıq haqqında təbliğ etmək və şagirdlər hazırlamaq üstünlüyünü qiymətləndirməlidir (Qalat. 6:6; w89 15.09. s. 13, 14, rus.; om s. 98-100, 172, 173, rus.).

Vacib deyil ki, öyrənən adamın bizimlə təbliğ etmək üçün tələblərə müvafiq olduğu vaxtdan vəftizə hazır olduğu vaxtacan uzun müddət keçsin. Hal-hazırda onun həyatı məsihçi prinsiplərinə müvafiqdir, lakin onun xidmətdə təcrübəsi bir qədər azdır. Müntəzəm olaraq və sə’ylə təbliğ etməyə qəti qərarlı olduğunu göstərmək üçün, ona kifayət qədər vaxt vermək lazımdır (Məz. 40:8; Rom. 10:9, 10, 14, 15).

Çox ehtimal ki, vəftiz olunmağa hazır olan kəs artıq xidmətə ay ərzində bir və ya iki saat deyil, daha çox vaxt həsr edərək, müntəzəm olaraq xoş xəbəri təbliğ edir. Sözsüz ki, vəftiz olunmaq istəyənlərin vəziyyətini, mənşəyini, yaşını, məhdudiyyətlərini və bu kimi digər şeyləri nəzərə almaq lazımdır. Ağsaqqallar “Xidmətimiz” kitabının 174-cü səhifəsində (rus.) deyilənləri əldə rəhbər tutmalıdırlar. Orada deyilir: “Bizim diqqətimiz ürəyi Yehovaya tərəf yönələn və Müqəddəs Kitabın əsas həqiqətlərini dərk edən kəslərə yönəldilib. Sizin məhəbbətdən irəli gələn köməyiniz sayəsində, vəftiz olunanlar bu vacib tapşırığı yerinə yetirmək üçün kifayət qədər hazır olaraq məsihçi xidmətini başlamağa təşviq olunacaqlar” (Mat. 16:24; Yəh. 4:34; 1 Pet. 2:21).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş