Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/06 s. 1
  • Müsbət əhval-ruhiyyəni qoru

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müsbət əhval-ruhiyyəni qoru
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Ümidimizi itirmədən təbliğ edək
    Gözətçi qülləsi 2021
  • Məsihin düşüncə tərzini əks etdirin
    Gözətçi qülləsi 2000
  • Gözləməyi bacarın!
    Gözətçi qülləsi 2000
  • İsa kimi şövqlə təbliğ edin
    Gözətçi qülləsi 2025
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 8/06 s. 1

Müsbət əhval-ruhiyyəni qoru

1 Bir çox ölkələrdə Padşahlıq işinin geniş vüs’ət alması barədə oxumaq necə də sevindiricidir! Lakin bə’zi yerlərdə təbliğçilər xoş xəbərə qarşı laqeydlik, hətta açıq ədavətlə üzləşirlər. Əgər sizin ərazinizdə də insanlar xoş xəbərə belə münasibət göstərirlərsə, o zaman müsbət əhval-ruhiyyəni necə qorumaq olar? Bizi sevincimizdən məhrum edəcək və ya şagirdlər hazırlamaq işində sə’yimizi zəiflədəcək mənfi əhval-ruhiyyənin tə’siri ­altına düşməmək üçün nə edə bilərik?

2 Müsbət əhval-ruhiyyə sayəsində tarazlığı qoruya biləcəyik. Hətta şəraitimiz çətin olduqda belə, yol verməməliyik ki, mənfi fikirlər baxışımızı tutqunlaşdırsın. İsa bizim üçün gözəl nümunə qoyub. Demək olar ki, onun tə’limlərini çox az adam qəbul etdi. Bir çoxları onun dediklərinə qulaq asanda büdrəyirdilər. İsa imanı üçün ciddi imtahan olan sınaqlarla rastlaşmışdı. Din rəhbərləri onun işini tənqid atəşinə tutmuş və onu öldürmək üçün sui-qəsd hazırlayırdılar. İsanın üzünə tüpürürdülər, onu şillələyir, ələ salır, döyürdülər, axırda onu öldürdülər. Lakin gördüyü iş ona sevinc gətirirdi. Niyə? O, Allahın tapşırığını yerinə yetirməyin vacibliyini anlayırdı və buna görə də təslim olmurdu (Yəh. 4:34; 13:17; İbr. 12:2).

3 Xidmətə düzgün nöqteyi-nəzəri qoru. Xidmətimizdə müsbət əhval-ruhiyyəni qorumaq üçün biz bir neçə amili yaddan çıxarmamalıyıq. Yadda saxla ki, bir çoxlarının gətirdiyimiz xəbəri qəbul etməyəcəyi və ya ona laqeyd yanaşacağı qabaqcadan deyilmişdi (Mat. 13:14, 15). Həvarilərə rəsmi surətdə İsanın adı ilə təbliğ etməyə qadağa qoyulsa da, onlar verilən tapşırığı sədaqətlə yerinə yetirərək biçini davam etdirirdilər (Həv. iş. 5:28, 29; 6:7). Biz əvvəlcədən bilirik ki, bə’zi ərazilərdə bizi çox az adam dinləyəcək (Mat. 7:14). Əgər bir adam da bizə qulaq asırsa, artıq bu sevinmək üçün səbəbdir. Yadda saxla ki, hətta müqavimət göstərənlərə belə xoş xəbəri eşitmək imkanı verilməlidir (Yez. 33:8). Bə’zi tə’qibçilər əvvəl-axır münasibətlərini dəyişərək Yehovanın xidmətçiləri olmuşlar. Xidmətə düzgün yanaşanda, hətta az adam bizi dinləsə də, ondan məmnunluq duyacağıq. Artıq qapı ağzında Padşahlıq haqqında xoş xəbərlə durmağımızın özü belə şahidlikdir (Yez. 2:4, 5).

4 Müsbət əhval-ruhiyyədə olmamız üçün yaxşı səbəblərimiz vardır. Ümumdünya işin çiçəklənməsi və böyük məşəqqətin yaxın olduğuna işarə edən sübutlar xidmətimizi sadiqliklə davam etdirmək üçün hamımızı əlimizdən gələni etməyə təşviq etməlidir (2 Pet. 3:11, 14). Sentyabr ayında xidmətdə sə’ylə iştirak etməklə öyrəndiklərimizə görə minnətdarlığımızı bildirə bilərik. Biz, həmçinin istəyirik ki, yığıncağa təzə gələnlər də öyrəndiklərini müsbət əhval-ruhiyyə ilə tətbiq etsinlər. Əgər sənin Müqəddəs Kitabı öyrəndiklərindən kimsə təbliğçi olmaq üçün kifayət qədər ruhən inkişaf etmişsə, sentyabr ayı bu məqsədə çatmaq üçün çox əlverişlidir.

5 Təbliğçi və ya pioner xidmət etməyimizdən asılı olmayaraq, Yehovanın tələblərinin ağır yük olmadığını yadda saxlasaq, bu bizim üçün kömək olacaqdır (1 Yəh. 5:3). O bizə dayaq olacağını və’d edir (İbr. 13:5, 6). Çatdırdığımız xəbərə olan e’tinasızlıq və ya müqavimətlərə baxmayaraq, müsbət əhval-ruhiyyəni qorumalı və təbliği davam etdirməliyik, çünki bunu Allah istəyir (1 Tim. 2:3, 4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş