Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp20 №  1 s. 14—15
  • Gələcək haqqında həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gələcək haqqında həqiqət
  • Gözətçi qülləsi (kütləvi) 2020
  • Başlıqlar
  • Oxşar material
  • MÜKƏMMƏL HÖKUMƏT
  • MÜKƏMMƏL SAĞLAMLIQ
  • SÜLH VƏ ƏMİN-AMANLIQ
  • YER ÜZÜNDƏ YAXŞI İNSANLAR YAŞAYACAQ
  • YER KÜRƏSİ CƏNNƏT OLACAQ
  • Ümid
    Oyanın! 2018
  • «Axır günlərdə»mi yaşayırıq?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dünyanın sonu haqqında dörd suala cavab
    Gözətçi qülləsi 2010
  • Allahın Padşahlığının görəcəyi işlər
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2020
wp20 №  1 s. 14—15
İnsanlar Cənnətdə həyatdan həzz alır

Gələcək haqqında həqiqət

Heç düşünmüsünüz, görəsən, gələcək necə olacaq? Müqəddəs Kitabda deyilir ki, tezliklə dünyada mühüm hadisələr baş verəcək və bu, bütün insanlara təsir edəcək.

İsa Məsih açıqlamışdı ki, Allahın Padşahlığının yaxın olduğunu necə bilmək olar (Luka 21:31). O demişdi ki, digər şeylərlə yanaşı böyük miqyasda müharibələr, güclü zəlzələlər, qıtlıqlar, xəstəliklər olacaq. Bu gün bunların hamısının şahidi oluruq (Luka 21:10—17).

Müqəddəs Kitabda həmçinin deyilir ki, axırzamanda, yəni insan hakimiyyətinin son günlərində insanlar korlanacaq. Bu barədə 2 Timutiyə 3:1—5 ayələrindən oxuya bilərsiniz. Yəqin bu gün insanların davranışını, xasiyyətini müşahidə edəndə görürsünüz ki, Müqəddəs Kitabda yazılan bu sözlər yerinə yetir.

Bəs bu bizim üçün hansı əhəmiyyəti daşıyır? Tezliklə Allahın Padşahlığı yer üzündə böyük dəyişikliklər edəcək və insanlara firavan həyat bəxş edəcək (Luka 21:36). Müqəddəs Kitabda Allah Yer kürəsilə və insanlarla bağlı gözəl şeylər vəd edir. Gəlin bu vədlərdən bəzilərinə nəzər salaq.

MÜKƏMMƏL HÖKUMƏT

«Ona [İsaya] hakimiyyət, şərəf və padşahlıq verildi ki, ümmətlər, xalqlar və bütün dillərə mənsub olanlar ona qulluq etsin. Onun hakimiyyəti sona yetməyəcək əbədi hakimiyyətdir, padşahlığı əsla dağılmayacaq» (DƏNYAL 7:14).

Mənası: Siz Allahın təsis etdiyi, Padşahı İsa olan ümumdünya hökumətin başçılığı altında firavan yaşaya bilərsiniz.

MÜKƏMMƏL SAĞLAMLIQ

Balaca qız əlil arabasından durub gəzir

«Heç bir sakin “xəstəyəm” deməyəcək» (ƏŞİYA 33:24).

Mənası: Siz heç vaxt xəsətlənməyəcəksiniz, heç bir qüsurunuz olmayacaq. Ölüm qorxusu olmadan yaşayacaqsınız.

SÜLH VƏ ƏMİN-AMANLIQ

Parça-parça edilmiş avtomat

«Yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir» (ZƏBUR 46:9).

Mənası: Müharibə qorxusu, müharibənin vurduğu ağrı-acı olmayacaq.

YER ÜZÜNDƏ YAXŞI İNSANLAR YAŞAYACAQ

«Artıq pis adam olmayacaq... Həlimlər yer üzünə sahib olacaq» (ZƏBUR 37:10, 11).

Mənası: Yer üzündə pis insanlar olmayacaq, yalnız Allaha itaət edən insanlar yaşayacaq.

YER KÜRƏSİ CƏNNƏT OLACAQ

«Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək» (ƏŞİYA 65:21, 22).

Mənası: Bütün Yer kürəsi gözəl olacaq. Dualarımıza cavab olaraq Allahın iradəsi yerdə yerinə yetəcək (Mətta 6:10).

İnsanlar Cənnətdə həyatdan həzz alır
    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş