Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/02 s. 7
  • E’lanlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • E’lanlar
  • Müqəddəs ibadətimiz 2002
Müqəddəs ibadətimiz 2002
km 1/02 s. 7

E’lanlar

◼ Yanvarda paylanacaq ədəbiyyat: yığıncaqda olan 192 səhifəli hər hansı kitab. Fevral: “Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?” və ya yığıncaqda olan 192 səhifəli hər hansı kitab. Mart: Həmən ay “Əbədi həyata aparan bilik” kitabı paylanacaq. Müqəddəs Kitab öyrənməsi başlamaq üçün xüsusi sə’y göstəriləcək. Aprel: “Gözətçi Qülləsi” və “Oyanın!” jurnalları. Təkrar başçəkmə zamanı öyrənmə başlamaq məqsədilə maraq göstərənlərə, “Allah tələb edir” broşürasını təklif edin.

◼ Yanvarın 14–dən başlanan həftədə keçirilən xidməti görüşdə vəftiz olunmuş təbliğçilərin hamısı “Tibbi göstəriş” sənədi və həmçinin uşaqları üçün “Şəxsiyyət vəsiqəsi” ala biləcəklər.

◼ Fevraldan və ya ən geci martın 3–dən başlayaraq rayon nəzarətçisi yeni “Özünü bu dünyanın təhlükələrindən necə qorumalı” adlı açıq mə’ruzə ilə çıxış edəcək.

◼ Yığıncaqlar, bu il martın 28–də günəşin batmasından sonra keçiriləcək Xatirə Gecəsi ilə əlaqədar lazımi hazırlıq tədbirlərini əvvəlcədən görməlidir. Mə’ruzə günəş batmamışdan qabaq başlansa da, simvolları günəş batmamışdan qabaq vermək olmaz. Yerli mənbələrdən həmin gün sizin ərazidə günəşin nə vaxt batacağını qabaqcadan öyrənin. Xatirə Gecəsinin bayram mərasimini hər yığıncaq ayrı keçirsə daha yaxşı olar, lakin bu hər vaxt mümkün olmur. Əgər Padşahlıq Zalından bir neçə yığıncaq istifadə edirsə, yəqin ki, həmin gecə üçün yığıncaqlardan biri və ya bir neçəsi başqa yer tapa bilərlər. Biz məsləhət görərdik ki, imkan daxilində proqramlar arasında ən azı 40 dəqiqə fasilə edilsin. Bu, qonaqları salamlamağa, maraqlananları ruhlandırmağa və bu hadisədən tam faydalanmağa imkan yaradar. Həmçinin diqqət yetirmək lazımdır ki, nəqliyyat hərəkətinə maneçilik törədilməsin və avtomobil dayanacağında, xüsusən də Xatirə Gecəsinə gələnləri düşürüb mindirən zaman problem yaranmasın. Yerli şəraiti nəzərə alaraq, ağsaqqallar şurası lazımi tədbir görməlidir.

◼ Sədrlik edən nəzarətçi ümumdünya işi üçün aylıq ianə haqda xəbərdarlıq məktubu aldıqda, tədbir görməlidir ki, məktub yığıncağın növbəti maliyyə hesabatı ilə birlikdə oxunsun.

◼ Çin, Çin (sadələşdirilmiş) dilində “Oyanın!” jurnalı artıq ayda iki dəfə yox, bir dəfə çıxacaq.

◼ Çibemba dilində “Oyanın!” jurnalı indi hər ay yox, üç aydan bir çıxacaq.

◼ 2002–ci ilin yanvar ayının 1–dən və 8–dən e’tibarən papyamento (Kürasao) və papyamento (Aruba) dillərində “Gözətçi Qülləsi” və “Oyanın!” jurnalları ayda iki dəfə çıxacaq.

◼ 2002–ci ilin yanvar buraxılışından başlayaraq kreol dilində “Gözətçi Qülləsi” hər ay çıxacaq.

◼ 2002–ci ilin yanvar buraxılışından başlayaraq xorvat və norvec dillərində “Gözətçi Qülləsi” iri şriftlə də çıxacaq.

◼ Zulu dilində “Oyanın!” jurnalı artıq ayda iki dəfə yox, bir dəfə çıxacaq.

◼ Aprel və may aylarında bir çox təbliğçilər xidmətdə daha çox, bəlkə də köməkçi pioner kimi iştirak edəcəklər. Sözsüz ki, onlar əlavə sayda jurnallar sifariş etməlidirlər. Xidməti nəzarətçi, tələb olunacaq əlavə jurnalların sayını müəyyən etməlidir. Aprel ayının jurnallarının çapı yanvarın sonunda başlandığı üçün, sizdən xahiş edirik ki, sifarişinizi filiala yanvarın 7–ə kimi yollayasınız. May ayının jurnallarını isə fevralın 11–ə kimi sifariş etmək lazımdır.

◼ Rusca jest dilində növbəti konqreslər planlaşdırılır:

xüsusi bir günlük konqres 2002–ci ilin fevral ayının 10–da Moskvada, 2002–ci ilin may ayının 5–də Nevinnomısskda;

rayon konqresi–2002–ci ilin yanvar ayının 12–də və13–də Nevinnomısskda, 2002–ci ilin fevral ayının 23–də və 24–də Sankt–Peterburqda.

◼ Yeni nəşrlər:

“İnsanlar ölməz ruha malikdirmi?” (T–25)–İndoneziya, eston dillərində

“Gözətçi Qülləsinin 1986–2000–ci il buraxılışlarının indeksi”. (dx86–00, 5800 №–li əşya)–ingiliscə

“Yehovanın Şahidləri kimdirlər?” (T–73, müsəlmanlar üçün)–ingiliscə

“Cəhənnəm odu Allahın ədalətinin bir hissəsidirmi?” (T–74, müsəlmanlar üçün)–ingiliscə

“Ən böyük ad” (T–72, müsəlmanlar üçün)–ingiliscə

“Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” (T–26)–Çin, Çin (sadələşdirilmiş), Makedoniya, Vyetnam, Koreya, eston, amhar, papyamento dillərində.

“Allahın rəhbərliyi Cənnətə aparan yolu göstərir” (müsəlmanlar üçün) – azərbaycanca hər iki şriftlə

◼ Yeni videokasetlər:

“Bizim qardaşlığımız” – polyak dilində

“Dünyada yaşamış ən böyük insan” (№ 1) (vcgt–1, 2727–1№–li əşya) – Amerika jest dili

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş