Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/02 s. 7
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Yehovaya nə verə bilərik?
    Müqəddəs ibadətimiz 2008
  • Səxavətlə verənlər xoşbəxtdirlər
    Gözətçi qülləsi 2018
  • İmkanınıza görə pul ayırıb qırağa qoyun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Müqəddəs Kitabda səxavət haqda nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
Müqəddəs ibadətimiz 2002
km 1/02 s. 7

Suallar qutusu

◼ Görüşlərin vaxtından artıq davam etməməsi üçün hər kəs necə kömək edə bilər?

Yığıncaq görüşlərində intizam hökm sürməlidir və hər şey “ədəblə və nizamla” edilməlidir (1 Kor. 14:40). Bu o deməkdir ki, görüşlər tə’yin edilmiş vaxtdan artıq davam etməməlidir.

Hər kəs proqram başlamazdan əvvəl gəlib qabaqcadan özünə yer tutmaqla kömək edə bilər. Bütün görüşlər vaxtında başlanmalıdır.

Proqramın qrafik uyğun keçməsi üçün, onun hazırlanmasına kifayət qədər diqqət yetirilməlidir. Əsaslı surətdə məşq edilmiş nitq və səhnəciklər tə’rifə layiqdir. Xüsusi məktub və hesabatları oxumaq lazım gəldikdə, bəndlər arasındakı vaxtı əvvəlcədən uyğunlaşdırmaq olar. Adətən uzun və təkrarlanan e’lanlara ehtiyac yoxdur. Xidməti görüşdə çıxışlarına ayrılmış vaxtdan artıq çıxış edən qardaşlara müvafiq məsləhət vermək olar.

Yaxşı olardı ki, “Gözətçi Qülləsi”nin öyrənilməsini aparan qardaş hər bölməyə ayıracağı vaxtı müəyyən etdikdən sonra müzakirənin planını tərtib etsin və sonra öyrənmə zamanı həmən plana riayət etsin. Aparıcı özü şərhlərində qısa ola bilər. Həmçinin məsləhət olunur ki, auditoriyanın da şərhləri qısa və mətləbə uyğun olsun.

Teokratik Xidmət Məktəbində vaxtdan artıq söylənən tədris nitqini dayandırmaq olar. Əgər təlimverici nitqlə çıxış edən qardaş ayrılmış vaxtdan artıq danışarsa ona ayrılıqda məsləhət vermək olar. Teokratik Xidmət Məktəbinin rəhbəri də hər məsləhətə iki dəqiqədən artıq vaxt ayırmamaqla və qısa danışmağa çalışmaqla proqramın qrafik uyğun keçməsinə kömək edir. Hər bir kəs sə’y göstərəndə adətən yığıncaq görüşləri vaxtında qurtarır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş