Yer üzündə ən bəxtiyar xalq
1 “Allahı Yehova olan xalq nə bəxtiyardır!” (Məz. 144:15, YD). Bu sözlər Yehovanın Şahidlərini yer üzündə ən xoşbəxt insanlar kimi təsvir edir. Yeganə həqiqi və diri Yehova Allaha xidmət etmək ən sevindirici işdir. O özü “mübarək [“bəxtiyar”, YD] Allah” olduğu üçün, onun xidmətçiləri də bəxtiyardır (1 Tim. 1:11). İbadətimizin hansı sahələri bizə xoşbəxtlik gətirir?
2 Bəxtiyar olmaq üçün səbəblər. İsa əmin etdi ki, “ruhani tələbatlarını dərk edənlər” bəxtiyardırlarə (Mat. 5:3). Bu tələbat, Müqəddəs Kitabı müntəzəm surətdə öyrənmək və bütün məsihçi yığıncaqlarında iştirak etmək kimi işlərin hesabına tə’min edilir. Allahın Kəlamından öyrəndiyimiz həqiqət bizi dini yalanlardan və yanlış fikirlərdən azad edib (Yəh. 8:32). Müqəddəs Yazılar bizə, həmçinin ən gözəl həyat yolunu göstərir (İş. 48:17). Bunun sayəsində, bəxtiyar qardaşlığımız arasında zövq verən məsihçi ünsiyyətinə malikik (1 Salon. 2:19, 20; 1 Pet. 2:17).
3 Allahın yüksək mə’nəvi normalarına riayət etməkdən böyük məmnunluq duyuruq, çünki bilirik ki, bu bizi qoruyur və Yehovanı bəxtiyar edir (Sül. məs. 27:11). Bir qəzet müxbiri qeyd etmişdir: “Ciddi normalarına baxmayaraq, Yehovanın Şahidləri bədbəxt adamlara oxşamırlar. Əksinə, [onların sırasından] necə ki, cavanlar eləcə də yaşlılar qeyri–adi rahatlıq duyur və sevinc təzahür etdirirlər”. Bəs xoşbəxtliyimizə şərik olmaqda başqalarına necə kömək edə bilərik?
4 Xoşbəxtlik əldə etməkdə başqalarına kömək et. Bu dünyada bir çox insanlar özlərini bədbəxt hiss edir və gələcəyə bədbincəsinə baxırlar. Biz isə parlaq ümidə malikik, çünki bilirik ki, bir zaman kədər keçmişdə qalacaq (Vəhy 21:3, 4). Bu səbəbdən, əldə etdiyimiz ümidlə və Yehovaya bəslədiyimiz inamla bölüşə biləcəyimiz insanları axtarıb taparaq xidmətdə sə’ylə iştirak edirik (Hez. 9:4).
5 Bir pioner bacı deyir: “İnsanlara Yehova və Onun həqiqəti haqqında bilik əldə etməkdə kömək göstərməkdən məmnunedici iş yoxdur”. Gəlin, insanları Müqəddəs Kitab öyrənməsi başlamağa təşviq etmək üçün əlimizdən gələni edək. Yehovaya xidmət etmək və bu işdə iştirak etməkdə başqalarına da fədakarlıqla kömək göstərmək ən böyük bəxtiyarlıq gətirir (Həv. iş. 20:35).