Jurnalları necə təklif etmək olar?
“Gözətçi Qülləsi” 15 yan. (rus.)
“Bir çox insanlar Allaha ibadət edərkən surətlərdən istifadə edir. Siz necə fikirləşirsiniz, bu cür əşyalar xilasedici qüvvəyə malikdirmi? [Cavabı dinlə.] Zəhmət olmasa, həqiqi Allahın bizim üçün nələr edəcəyinə diqqət yetirin. [Vəhy 21:3, 4 ayələrini oxu.] Bunları yalnız həqiqətən də mövcud olan Allah yerinə yetirə bilər. Bu jurnalda Onun kim olduğu və Ona ümid bəsləməyin nəyə görə faydalı olduğu izah edilir”.
“Oyanın!” 22 yan. (rus.)
“Biz mənzilimizi dəbdəbə hesab etməyə vərdiş etməmişik. Lakin bütün yer üzündə qaçqın həyatı yaşayan milyonlarla insanlar sığınacaq tapa bilmirlər. “Oyanın!” jurnalında bu problemin səbəbləri, həmçinin gələcəkdə hər adamın öz evinin olacağına dair Müqəddəs Kitabda yazılan və’d müzakirə edilir”.
“Gözətçi Qülləsi” 1 fevr. (rus.)
“Ətraf mühitin çirklənməsinə görə insanlar çox narahat olurlar. Bəs sizcə, insan ağlının çirklənməsi haqqında nə demək olar? [Cavabı dinlə.] Müqəddəs Kitab, həm fiziki, həm də ruhani cəhətdən təmiz olmağın vacibliyini qeyd edir. [2 Korinflilərə 7:1 ayəsini oxu.] Əminəm ki, siz buradakı mə’lumatın praktiki və faydalı olduğunu görəcəksiniz”.
“Oyanın!” 8 fevr. (rus.)
“Yəqin diqqət yetirmisiniz ki, nikahlar şən toyla başlasa da, sonra onlardan çoxları dağılır. Mən sizə “Oyanın!” jurnalının bu sayını vermək istəyərdim. Burada nikahın xoşbəxt və möhkəm olmasına dair Müqəddəs Kitabda verilən məsləhətlər müzakirə edilir”.