Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 2/02 s. 2
  • Xidməti görüşlərin cədvəli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidməti görüşlərin cədvəli
  • Müqəddəs ibadətimiz 2002
  • Başlıqlar
  • Fevralın 11–dən başlanan həftə
  • Fevralın 18–dən başlanan həftə
  • Fevralın 25–dən başlanan həftə
  • Martın 4–dən başlanan həftə
Müqəddəs ibadətimiz 2002
km 2/02 s. 2

Xidməti görüşlərin cədvəli

Fevralın 11–dən başlanan həftə

Mahnı 6.

12 dəq: Yerli e’lanlar. “Bizim Padşahlıq Xidmətimiz”dən seçilmiş e’lanlar.

20 dəq: “Allahın kəlamını... tam bəyan” eta (1–13 abzaslar). Sədrlik edən nəzarətçi mart və sonrakı aylarda nəyə nail olmaq istədiyimizi şövqlə müzakirə edir. Əlavə vərəqədə olan təqvimdən istifadə edərək hər kəs özü üçün elə bir qrafik tərtib edə bilər ki, mart ayında daha fəal xidmət etsin. İmkanı olanları mart ayında köməkçi pioner kimi xidmət etməyə təşviq et. 7–ci və 8–ci abzasları müzakirə edərkən, ötən il yazda köməkçi pioner xidmətində iştirak edənlərdən xahiş et ki, əldə etdikləri xeyir–dualar haqqında danışsınlar. Bildir ki, köməkçi pioner xidməti üçün ərizəni görüşdən sonra almaq olar.

13 dəq: “Jurnalları necə təklif etmək olar?”. Təbliğçilərdən xahiş et ki, etdikləri təqdimələri çətin zəmanəmızın hadisələrinə uyğunlaşdırmaqda “Bizim Padşahlıq Xidmətimiz”in bu rubrikasında onlara necə kömək etdiyini söyləsinlər. Hansı hadisələr göstərir ki, insanlara təsəlli verməyə və onları narahat edən sualların cavabını Müqəddəs Kitabdan tapmağa müvəffəq olmuşuq? “Gözətçi Qülləsi”nin 1 mart sayını təqdim etməyə dair qısaca səhnəcik hazırla.

Mahnı 49 və yekun dua.

Fevralın 18–dən başlanan həftə

Mahnı 95.

8 dəq: Yerli e’lanlar. Maliyyə hesabatı.

12 dəq: “Yer üzündə ən bəxtiyar xalq”b. “Gözətçi Qülləsi”inin 1997–ci il (rus.), 15 oktyabr sayından 6–cı səhifədəki “Bəxtiyar olmaq üçün” adlı qrafanı qısa şəkildə müzakirə et.

25 dəq: “Allahın kəlamını... tam bəyan” etc (14–23 abzaslar). Xidməti nəzarətçi mart ayında xidmətdə daha fəal iştirak etmək üçün yığıncaqda hansı tədbirlərin görüləcəyi haqda qısa mə’lumat verir. Növbəti ayda da planlaşdırılan bütün təbliğ görüşləri haqda danış. Qeyri–fəal olanlara xidmətlərini yenidən başlamaqda, Müqəddəs Kitabı öyrənən uşaqlara isə vəftiz olunmamış təbliğçi olmaqda necə kömək etməyə dair məsləhətlərə xüsusi diqqət yetir. Martda köməkçi pionerliyə ərizə yazanların adlarını çək və başqalarını da bu xidmət növü haqqında ciddi surətdə düşünməyə həvəsləndir.

Mahnı 143 və yekun dua.

Fevralın 25–dən başlanan həftə

Mahnı 174.

15 dəq: Yerli e’lanlar. Təbliğçilərə fevral ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat.

15 dəq: “Videofilmlər həqiqət haqqında şəhadət edir”. Dinləyicilərlə müzakirə. Biz xidməti görüşdə artıq bə’zi filmlərimizi müzakirə etmişik. Mövzudakı nümunələri qısa şəkildə müzakirə etdikdən sonra, dinləyicilərdən xahiş et ki, insanlara videofilmləri göstərməyə necə müvəffəq olduqlarını və bunun hansı səmərələr gətirdiyini söyləsinlər.

15 dəq: “Suallar qutusu”. Ağsaqqalın mövzuya əsaslanan nitqi. Cəmiyyət gözəl audiokasetlər təqdim edir. Bə’zilərini sadaladıqdan sonra, onlardan məsihçi ailəsində və şəxsən necə istifadə edə biləcəklərini hamıya izah et.

Mahnı 215 və yekun dua.

Martın 4–dən başlanan həftə

Mahnı 207.

5 dəq: Yerli e’lanlar.

12 dəq: Yerli tələbatlar.

12 dəq: “Bilik” kitabının köməkliyilə öyrənmələr başla. Mart ayında Müqəddəs Kitabın evdə öyrənilməsinə başlamaq üçün xüsusilə sə’y göstərmək istəyirik. “Bizim Padşahlıq Xidmətimiz”in 1998–ci il (rus.), avqust sayının 3–cü səhifəsindəki 8–ci abzasda çap olunan hadisəni qısa şəkildə danış. Əgər bu yaxınlarda kiminləsə “Bilik” kitabının öyrənilməsi başlanıbsa, bunun necə başlandığına dair səhnəcik hazırla. “Bizim Padşahlıq Xidmətimiz”in 2002–ci ilinin yanvar sayı üçün olan əlavə vərəqədəki “Bilik” kitabına dair məsləhət olunan təqdimələr” haqda xatırlat. 6–cı səhifədəki “Birbaşa müraciət” adlı yarımsərlövhə altında verilən, kitab təqdimələrindən birinə əsasən səhnəcik nümayiş etdir.

16 dəq: “Nəyə görə təbliğ etməyə davam edirik”d. Mövzunu müzakirə etdikdən sonra çox illər ərzində təbliğ edən bir və ya iki təbliğçi ilə müsahibə apar. Qoy onlar bu işdə nəyə görə sə’y göstərdiklərini və bunun onlara hansı faydanı gətirdiyini danışsınlar.

Mahnı 223 və yekun dua.

[Haşiyələr]

a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual–cavabların köməyilə müzakirəyə başla.

b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual–cavabların köməyilə müzakirəyə başla.

c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual–cavabların köməyilə müzakirəyə başla.

d Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual–cavabların köməyilə müzakirəyə başla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş