Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/03 s. 2
  • Xidməti görüşlərin cədvəli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidməti görüşlərin cədvəli
  • Müqəddəs ibadətimiz 2003
  • Başlıqlar
  • Yanvarın 13-dən başlanan həftə
  • Yanvarın 20-dən başlanan həftə
  • Yanvarın 27-dən başlanan həftə
  • Fevralın 3-dən başlanan həftə
Müqəddəs ibadətimiz 2003
km 1/03 s. 2

Xidməti görüşlərin cədvəli

Yanvarın 13-dən başlanan həftə

Mahnı 69.

10 dəq. Yerli e’lanlar. “Bizim Padşahlıq Xidmətimiz”dən seçilmiş e’lanlar.

15 dəq. Söz söylənmədən fəth ediliblər. Nitq və dinləyicilərlə müzakirə. Nümunəvi məsihçi davranışı başqalarına yaxşı tə’sir göstərir. Bu cür davranış, bə’zi bacılarımızın imanına şərik olmayan ərlərini Yehovanın xidmətçisi olmağa təşviq etmişdir (1 Pet. 3:1, 2). “Gözətçi Qülləsi”nin 1999-cu il 1 yanvar sayının 4-cü səhifəsində (rus.) və “Gözətçi Qülləsi”nin 1995-ci il 1 oktyabr sayının 10, 11-ci səhifələrində (rus.) təsvir edilən hadisələri danış. Müqəddəs Kitabın bu məsləhətini tətbiq etməklə nail olduqları müsbət nəticələr barədə iki-üç yerli hadisələr danışmağı qabaqcadan kimdənsə xahiş et.

20 dəq. “Həsr olunmamıza müvafiq yaşamaq”a. 3-cü abzası müzakirə etdikdən sonra, bu yaxınlarda vəftiz olunan yeniyetmə qardaşdan (bacıdan) qısa müsahibə götür. Vəftiz olunmağa hazırlaşarkən hansı çətinliklərlə qarşılaşmışdır? Bu çətinlikləri dəf etməkdə ona nə kömək etmişdir? Həyatını Yehovaya həsr etdikdən sonra hansı xeyir-duanı əldə etmişdir?

Mahnı 22 və yekun dua.

Yanvarın 20-dən başlanan həftə

Mahnı 44.

8 dəq. Yerli e’lanlar. Maliyyə hesabatı.

15 dəq. Müqəddəs Yazıları hər gün araşdırırsanmı? Nitq və dinləyicilərlə müzakirə. Hamını 2003-cü il üçün “Müqəddəs Yazıları gündəlik araşdırmaq” broşürasından (rus.) fəal surətdə istifadə etməyə təşviq et. 3, 4-cü səhifələrdə yerləşən müqəddimədəki fikirləri müzakirə et. Ailələrin Müqəddəs Kitab ayəsini birlikdə necə müzakirə edə biləcəklərini izah et. Müqəddəs Yazıları hər gün araşdırmağın gətirdiyi faydanı göstərmək üçün, broşüradan gələn ay nəzərdən keçiriləcək iki və ya üç ayəni, həmçinin həmən ayə üçün verilən şərhləri müzakirə et. Müzakirənə ər və arvadın bugünkü ayəni və ona verilən şərhi birlikdə müzakirə etdiyinə dair bir səhnəcik daxil et.

22 dəq. “Başqalarına təmiz dil öyrətmək”b. 6-cı abzası müzakirə etdikdən sonra səhnəcik göstərilir: təcrübəli təbliğçi, “Bizim Padşahlıq Xidmətimiz”in 2002-ci il yanvar sayının əlavə vərəqəsində, 4-cü səhifədə verilən təqdimədən istifadə edərək, təkrar başçəkmə zamanı qapının ağzındaca Müqəddəs Kitab öyrənməsi başlamağın üsulunu göstərir. Təbliğçi “Allah tələb edir” broşürasından bir abzası müzakirə edir. Müzakirənin sonunda təbliğçi, cavabı növbəti abzasda verilən və təkrar gəliş zamanı müzakirə etmək istədiyi sualı qaldıracaq. Hamını həvəsləndir ki, bu tərzdə öyrənmə keçirə biləcəkləri maraqlananları olub-olmadığı barədə fikirləşsinlər.

Mahnı 68 və yekun dua.

Yanvarın 27-dən başlanan həftə

Mahnı 92.

15 dəq. Yerli e’lanlar. Təbliğçilərə təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. 8-ci səhifədə verilən məsləhətdən istifadə edərək iki səhnəcik hazırla. Hər iki səhnəcikdə “Gözətçi Qülləsi”nin 2003-cü il 1 fevral sayı təqdim olunacaq. Birinci halda mənzilin sahibi təqdim olunan ədəbiyyatı götürür, ikinci halda isə imtina edir. Lakin hər iki halda təbliğçi ev sahibinə “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” adlı traktat verir? Jurnallar və traktat saxladığımız adamlara təkrar baş çəkməyin üsulu barədə qısa olaraq izahat ver. (“Bizim Padşahlıq Xidmətimiz”in 2001-ci il noyabr sayının 4-cü səhifəsindəki 10-cu abzasa bax. rus.)

15 dəq. Yerli tələbatlar.

15 dəq. “Ailə xoşbəxtliyi” kitabını öyrənəcəyik”. Hamını müntəzəm olaraq yığıncağın kitaböyrənməsinə gəlməyə təşviq et.

Mahnı 124 və yekun dua.

Fevralın 3-dən başlanan həftə

Mahnı 9.

15 dəq. Yerli e’lanlar. “Suallar qutusu”nu araşdır. Təbliğçiləri, təbliğ zamanı başqa dildə danışan adamlarla qarşılaşanda, bütün yığıncaqlara göndərilən ­1998-ci il 15 oktyabr tarixli məktubda izah olunduğu kimi, “Zəhmət olmasa, qayğı göstər ki, münasib təbliğçi bu adama baş çəksin” (S-70) blankından istifadə etməyə təşviq et. Adətən bu blankdan, hətta insan Padşahlıq haqqında xəbərlə maraqlanmayan zaman da istifadə olunur.

12 dəq. Onların imanlarını təqlid edin. Uzun illər Yehovaya təvazökarlıqla və sədaqətlə xidmət edən ağsaqqalla müsahibə (İbr. 13:7). O, həqiqəti öyrənməyə necə başlamışdır? Həqiqət yoluna durmaq üçün hansı maneələrin öhdəsindən gəlməli olmuşdur? Onu ruhən böyüməyə təşviq edən nə olmuşdur? Yığıncaqda üzərinə əlavə məs’uliyyət götürmək üçün nə etmişdir? (1 Tim. 3:1). Yığıncaqda, iş yerində və ailədə öz vəzifələrini icra edərkən tarazlığı qoruyub saxlamaqda ona nə kömək etmişdir? (1 Tim. 5:8). Yığıncağın başqa üzvlərinə kömək etmək imkanına necə yanaşır?

18 dəq. “Xidmətimiz təvazökarlıq tələb edir”c. 3-cü abzası müzakirə edərkən, təbliğdə bizə rişxəndlə yanaşan, kobudluq edən və ya hədə-qorxu gələn olanda necə cavab vermək barədə təcrübələri ilə bölüşməyi dinləyicilərdən xahiş et.

Mahnı 133 və yekun dua.

[Haşiyələr]

a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş