Xidməti görüşlərin cədvəli
Dekabrın 8-dən başlanan həftə
Mahnı 221.
10 dəq. Yerli e’lanlar. “Bizim Padşahlıq Xidmətimiz”dən seçilmiş e’lanlar. 8-ci səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə “Gözətçi Qülləsi”nin 1 yanvar sayını təqdim etməyin üsulu göstərilir.
20 dəq. “Məsihçilər arasında həqiqi birliyə nail olmaq mümkündür!”a 5-ci abzasın müzakirəsi zamanı, iştirak edənlərdən xahiş et ki, Allahın xalqı arasındakı birliyi vurğulayan hadisələr danışsınlar. Bu, beynəlxalq konqreslər, teokratik tikintilər və ya təbii fəlakətlərdən zərər çəkənlərə yardımla əlaqəli ola bilər.
15 dəq. “2004-cü ildə Teokratik Xidmət Məktəbi”. Məktəbin nəzarətçisinin nitqi. “Bizim Padşahlıq Xidmətimiz” in 2003-cü il oktyabr sayının əlavə vərəqəsindən fikirlər daxil et.
Mahnı 108 və yekun dua.
Dekabrın 15-dən başlanan həftə
Mahnı 71.
10 dəq. Yerli e’lanlar. Dekabrın 29-dan başlanan həftədə xidməti görüşdə müzakirə etmək üçün hamını “Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?” adlı filmə baxmağa təşviq et. “Mümkün qədər tez baş çəkməyə çalış!” adlı çərçivəni nəzərdən keçir. (S-70) blankını göstər (əgər yığıncaqda varsa). Yeni il bayramları ərəfəsində təbliğ xidməti üçün planlaşdırılmış görüşlər haqqında danış.
15 dəq. İbadətin tərkib hissəsi olan şəxsi öyrənmə. “Gözətçi Qülləsi”nin 2000-ci il 1 dekabr sayının 21, 22-ci səhifələrinin 6-9-cu abzaslarındakı materiala əsaslanan nitq.
20 dəq. “Əbədi həyata meylli olanlar”a kömək et!”b Çap edilmiş sualları ver. “Bizim Padşahlıq Xidmətimiz”in 1997-ci il (rus.) mart sayının 3-cü səhifəsindəki çərçivədə təkrar başçəkməni necə etməyə dair verilən məsləhətləri nəzərdən keçir.
Mahnı 42 və yekun dua.
Dekabrın 22-dən başlanan həftə
Mahnı 10.
12 dəq. Yerli e’lanlar. Maliyyə hesabatı. İştirak edənlərə xatırlat ki, növbəti xidməti görüşdə “Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?” filmi müzakirə ediləcək və “Tibbi göstəriş” sənədini əldə etmək imkanımız olacaq.
15 dəq. Yerli tələbatlar.
18dəq. “Ləyaqətli olanları axtarırıq”c. Materialı yerli şəraitə uyğunlaşdır. İnsanlar əksər hallarda nə vaxt evdə olurlar? Təbliğçilər axşamüstü təbliğ etməklə hansı nəticələri əldə edirlər? Evində hərdənbir tapılan kəslərə təbliğ etmək üçün hansı üsullardan istifadə etmək olar?
Mahnı 209 və yekun dua.
Dekabrın 29-dan başlanan həftə
Mahnı 200.
13 dəq. Yerli e’lanlar. Təbliğçilərə dekabr ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Yanvar ayında təklif edəcəyimiz ədəbiyyat haqqında xatırlat. “Suallar qutusu”nu araşdır. Yığıncaqdakıların hamısını xidmətçi qardaşlarla əməkdaşlıq etməyə təşviq et.
17 dəq. “Tibbin vacib sahəsinə aydınlıq gətirən film”. Təcrübəli ağsaqqal çıxış edir. Həvarilərin işləri 15:28, 29 ayələrini oxu və qısaca olaraq izah et ki, məsihçilərin qanköçürmədən imtina etmələrinin əsas səbəbi qanın müqəddəsliyinə dair Allahın verdiyi qanuna hörmət etmələridir. Bundan sonra, məqalədə gətirilən sualların köməyi ilə “Tibdə qansız müalicə üsulu. Xəstənin hüquqlarını pozmadan ona necə yardım etmək olar?” filmini müzakirə etməyə başla. Axırda sonuncu abzası oxu.
15 dəq. “Müalicə zamanı çətinliklərin öhdəsindən inamla gəlirik”. Filialdan göndərilən planın əsasında təcrübəli ağsaqqalın nitqi.
Mahnı 182 və yekun dua.
Yanvarın 5-dən başlanan həftə
Mahnı 103.
QEYD. Yığıncağa rayon nəzarətçisi gələn hallardan başqa, yığıncaqlar yanvarın 5-dən başlanan həftə üçün planlaşdırılmış xidməti görüşü vaxtından tez keçirməli deyil. Vilayət konqresi haqqında məqalə bütün yığıncaqlarda cədvələ əsasən müzakirə olunmalıdır. Əgər həmin həftə yığıncaq rayon konqresində iştirak edəcəksə, kitaböyrənmələrin nəzarətçiləri vilayət konqresinin tarixini və harada keçiriləcəyini öz kitaböyrənmələrində e’lan etməlidirlər. Kitaböyrənmələrin nəzarətçiləri təbliğçilərə imkan verməlidirlər ki, mehmanxanalarda mənzil sifariş etmək üçün “Məsləhət görülən mənzillərin siyahısı”nda sadalanan mehmanxanaların telefon nömrələrini yazsınlar. Təbliğçilər üçün bu siyahının surətini çıxarmaq olmaz.
5 dəq. Yerli e’lanlar.
15 dəq. Çəkdiyiniz əmək əbəs deyildir (1 Kor. 15:58). Dinləyicilərlə müzakirə. Artıq uzun müddət fəal təbliğ edən təbliğçilərdən qabaqcadan xahiş et ki, onlar təzəcə təbliğ etməyə başladıqları zaman xidmətlərinin necə keçdiyi barədə danışsınlar. Yığıncaq görüşlərinə nə qədər adam gəlirdi? Yığıncağın təbliğ etdiyi ərazi böyük idimi? İnsanlar Padşahlıq xəbərinə necə hay verirdilər? Onlar hansı müqavimətlə qarşılaşmışlar? Bu illər ərzində Padşahlıq işi sizin ərazinizdə nə dərəcədə genişlənib?
25 dəq. “Yehovanın Şahidlərinin 2004-cü il üçün “Allahla yeriyin” adlı vilayət konqresi”. Yığıncağın katibi təqdim edir. 1-ci abzası nəzərdən keçirdikdən sonra, vilayət konqresinə tə’yinat haqda 2003-cü il 15 dekabr tarixli məktubu oxu. 3-cü abzası müzakirə edərkən dinləyicilərə 4-cü səhifədə yerləşən cərçivələrdəki məsləhətləri oxumağı təklif et. Hamını konqresə mümkün qədər tez hazırlaşmağa təşviq et.
Mahnı 7 və yekun dua.
[Haşiyələr]
a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.