Münasib təqdimələr
İnsanlara səmimi qəlbdən olan marağımız bizi təşviq edəcək ki, onları narahat edən şeyləri başa düşməyə çalışaq və onların rastlaşdığı problemləri Padşahlığın tamamilə necə həll edəcəyini göstərək (Filip. 2:4). Bir çox təbliğçilər belə münasib təqdimədən istifadə edirlər: onlar insandan xahiş edirlər ki, Cənnəti təsvir edən şəkillər barəsində öz fikirlərini desinlər. Bu cür şəkillər bir çox nəşrlərimizdə var, məsələn, bu səhifənin sağ tərəfindəki sütunda sadalanan nəşrlərdə. Sən bunu növbəti təqdimələrdən istifadə etməklə edə bilərsən:
◼ «Necə fikirləşirsiniz, bəşər ailəsi nə vaxtsa bu şəkildə təsvir edilən şəraitlərdə yaşayacaqmı?»
◼ «Bizlərdən hər birimiz istərdi ki, uşaqlarımız bu şəkildə təsvir edilən şəraitdə yaşasınlar. Necə düşünürsünüz, bunun üçün nə lazımdır?»
◼ «Bu şəkildə Allahın iradəsinin göydə olduğu kimi, yerdə də yerinə yetdiyi vaxt yer üzündə şəraitin necə olacağı təsvir edilib. Burada təsvir edilən həyatın bizim bugünkü həyatımızdan nə ilə fərqləndiyinə fikir verdinizmi?»
◼ «Siz bu şəkildə təsvir edilən şəraitdə yaşamaq istəyirsinizmi? [Cavab verməsinə izn ver.] Necə fikirləşirsiniz, biz həmin zəmanəni görəcəyikmi?»
İnsanın cavabına diqqətlə qulaq as, sonra isə onun nöqteyi-nəzərini bilmək üçün mehribanlıqla bir-iki əlavə sual ver. Əgər bə’ziləri bu cür şəraitdə yaşamaq istəmədiklərini və ya bunun mümkün olduğuna inanmadıqlarını söyləsələr, maraqlarının olmadığına dair nəticə çıxarmağa tələsmə. Nə üçün belə fikirləşdiklərini nəzakətlə soruş. Onların cavablarından görünə bilər ki, bəşəriyyət qarşısında duran həlledilməz problemlər onları çox narahat edir (Yez. 9:4).
Təqdiməni insanın probleminə uyğunlaşdır. Diqqəti, məhz onu narahat edən problemi Padşahlığın necə həll edəcəyinə yönəlt. Onu narahat edən problemə dair Müqəddəs Kitabdan bir və ya iki ayə göstər. (Sağ sütunda verilən təkliflərə bax.) Qoy Allahın Kəlamında nə deyildiyini o şəxsən özü görsün. Əgər o, maraq göstərirsə, ona ədəbiyyat təklif et və növbəti görüş haqqında danış. Növbəti söhbətlərinizdə ilk başçəkmə zamanı insanda yaranan marağı inkişaf etdirməyə sə’y göstər.
[6 səhifədəki çərçivə]
Cənnəti təsvir edən şəkillər
«Yaradılma» kitabı: səh. 237 (rus.)
«Böyük Müəllim» kitabı: səh. 251-254 (rus.)
«Bilik» kitabı: səh. 4, 5, 188, 189
«Allah tələb edir» broşürası: səh. 11, 13
«Allaha ibadət edin» kitabı: səh. 92, 93 (rus.)
[6 səhifədəki çərçivə]
İnsanları narahat edən problemlər
Cinayət, zorakılıq
Depressiya
Əxlaqın pozulması
Heyvanlarla pis rəftar
Hökumətin uğursuzluğu
Yer kürəsinin tələf edilməsi
Yoxsulluq, sıxışdırma
Korrupsiya, ədalətsizlik
Qabaqcadan əmələ gəlmiş yanlış fikir, bərabərsizlik
Ərzaq qıtlığı, aclıq
Ölüm, matəm
Mənzil, iqtisadi problemlər
Xəstəlik, əlillik
Müharibələr, terrorizm