SAXLAYIN
Təbliğ xidməti üçün məsləhət görülən təqdimələr
Hər ay payladığımız nəşrlərin təqdim edilməsinə yaxşı hazırlaşmaq üçün növbəti təqdimələrdən istifadə et.
«Allah bizdən nə tələb edir?»
«Necə fikirləşirsiniz, bu gün rastlaşdığımız problemlərin bizi əhatə etməsi Allahın niyyətinə daxil idimi? [Cavab verməsinə izn ver. Sonra Matta 6:10 ayəsini oxu.] Allahın Padşahlığının nə demək olduğu barədə fikirləşmisinizmi?» 6-cı səhifəni aç və dərsin əvvəlində olan sualları oxu. Dərsi müzakirə etməyə başla və ya bunu gələn dəfə etmək barədə şərtləş.
«Bəşəriyyət böyük nailiyyətlər əldə etsə də, xəstəlik və ölüm ağrı və iztirablara səbəb olmağa davam edir. İsanın xəstələr, qocalar və hətta ölülər üçün nə edəcəyini bilirsinizmi?» Cavab verməsinə izn ver. Əgər həmsöhbətin cavabı bilmək istəyirsə, 5-ci dərsi aç və 5-ci və 6-cı abzasların sualını oxu. Abzası müzakirə et və ya bunu gələn dəfə etmək barədə şərtləş.
«Böyük Müəllimdən öyrən» (rus.)
«Necə fikirləşirsiniz, əgər insanlar burada yazıldığı kimi yaşasaydılar, yer üzündə şərait daha da yaxşı olardımı? [Matta 7:12a ayəsini oxu. Sonra isə cavab verməsinə izn ver.] Bu kitabda yer üzündə yaşamış ən böyük müəllimin bir çox tə’limləri yazılıb». Diqqəti 17-ci fəsildəki şəkillərə və onların altındakı yazılara yönəlt.
«Bu gün bir çox valideynlər öz uşaqlarına faydalı əxlaq dəyərlərini aşılamağa çalışırlar. Necə düşünürsünüz, bu vacibdirmi? [Cavab verməsinə izn ver. Sonra isə Süleymanın məsəlləri 22:6 ayəsini oxu.] Fikir verin, burada deyilir ki, valideynlər uşaqlarını erkən yaşlarından tərbiyə etməyə başlamalıdırlar. Bu kitab məhz bunun üçün nəzərdə tutulub». Diqqəti 15-ci və ya 18-ci fəsillərdəki şəkillərə və onların altındakı yazılara yönəlt.
«Dünyada yaşamış ən böyük insan» (rus.)
«İlin bu vaxtında (Milad bayramı vaxtında) bir çox insanlar İsanı yada salırlar. Lakin bütün dünyada faciələr baş verdiyi üçün bə’ziləri özlərindən soruşurlar: İsa həqiqətənmi bizim qayğımıza qalır? Bəs siz bu haqda nə düşünürsünüz?» Cavab verməsinə izn ver. 24-cü fəsli aç və qısaca olaraq İsanın hansı məqsədlə yer üzünə gəldiyini müzakirə et. Sonra Yəhya 15:13 ayəsini oxu və İsanın insanlara dərin məhəbbət bəslədiyini qeyd et.
«İsanın adı çəkiləndə çoxları onu ya uşaq, ya da ölmək üzrə olan insan kimi yada salırlar. Onların İsa haqqındakı təsəvvürləri yalnız bununla məhdudlaşır. Onun yer üzündə yaşadığı vaxt ərzində dedi və etdiyi heyrətli işlərini bilmirlər. İsanın etdiyi işlər yer üzündə yaşayan bütün insanlara tə’sir edir. Buna görə də onun bizim rifahımız üçün etdiyi hər bir gözəl şeyi öyrənməliyik». Yəhya 17:3 ayəsini oxu. Giriş hissənin birinci səhifəsini aç və dördüncü abzası oxu.
«Əbədi həyata aparan bilik»
«Əgər sizi bu kimi gözəl mühitdə yaşamağa də’vət etsəydilər, siz bu də’vəti qəbul edərdinizmi? [4-cü və 5-ci səhifələrdəki şəkilləri göstər və cavab verməsinə izn ver.] Diqqət yetirin ki, Allahın Kəlamı bu cür mühitdə əbədi yaşamaq üçün açardır. [Yəhya 17:3 ayəsini oxu.] Bu kitab sizə əbədi həyata aparan biliyi əldə etməkdə kömək edəcək». Gələn dəfə isə 1-ci fəslin ilk beş abzasını müzakirə etmək barədə şərtləş.
188, 189-cu səhifələrdəki şəkili aç və şəkilə aid yazıdan istifadə edərək insandan soruş: «Allah haqqında bilik yer üzünü dolduran zaman Cənnətdə yaşamağa ümid edirsinizmi? [Cavab verməsinə izn ver. Sonra Yeşaya 11:9 ayəsini oxu.] Bu kitab sizə Müqəddəs Kitabın Cənnət haqqında nə dediyini və bizim orada necə ola biləcəyimizi öyrənməyə kömək edəcək». Gələn dəfə 1-ci fəslin 11-16-cı abzaslarını müzakirə etmək barədə şərtləş.
«Həyat necə əmələ gəlib? Təkamül, yoxsa yaradılma yolu ilə?» (rus.)
«Bizlərdən hər birimiz ərazimizdə yayılmış cinayət və zorakılığa görə narahatdır. Necə düşünürsünüz, kimsə bu problemləri birdəfəlik həll edə bilərmi? [Cavab verməsinə izn ver.] Allah edə bilər». 196-cı səhifəni aç, 19-cu abzasda Süleymanın məsəlləri 2:21, 22 ayələrini və izahını oxu. 16-cı fəslin adını göstər və kitabı təklif et.
Kitabın 6-cı səhifəsini aç və de: «Bir çox insanlar fikirləşirlər ki, gözəl planetimiz və ondakı həyat təsadüf nəticəsində əmələ gəlib. Bunun hamısının necə peyda olmasını məntiqə uyğun surətdə necə izah edərdiniz? [Cavab verməsinə izn ver.] Bir çox Müqəddəs Kitab sübutları təsdiqləyir ki, qüvvətli və həmçinin bizi çox sevən Yaradan mövcuddur. O, həqiqi Allahdır və Onun adı Yehovadır». Çıxış 15:3 (KM) ayəsini oxu və qısaca olaraq izah et ki, Allah Yer kürəsini Cənnətə çevirmək niyyətindədir.
«Yeganə həqiqi Allaha ibadət edin» (rus.)
«Sizcə, gərgin həyatın öhdəsindən gəlmək üçün biz köməyi haradan ala bilərik? [Cavab verməsinə izn ver. Sonra Romalılara 15:4 ayəsini oxu.] Diqqət yetirin, Allahdan ilham almış Müqəddəs Yazılar bizə nəsihət, təsəlli və ümid verir. Bu isə bugünkü çətinliklərinin öhdəsindən gəlmək üçün bizi möhkəmləndirə bilər. Bu kitabda Müqəddəs Kitabı oxumaqdan daha çox fayda əldə etməyin üsulları göstərilir». 30-cu səhifədəki 4 məsləhəti göstər.
«İsanın yer üzündə yaşadığı vaxtdan e’tibarən insanlar Allahın Padşahlığının gəlişi barədə dua edirlər. Allahın Padşahlığının gəlişinin bəşəriyyət üçün hansı mə’nanı kəsb etdiyi barəsində heç fikirləşmisinizmi? [Cavab verməsinə izn ver. Sonra Daniel 2:44 ayəsini oxu.] Bu kitabda Allahın Padşahlığının nə olduğu, gələcəkdə onun edəcəyi işlər və onun idarəsinin bizə gətirəcəyi fayda barəsində danışılır». 92, 93-cü səhifələrdəki şəkillərə diqqət yetir.
«Yehovaya yaxınlaş» (rus.)
«Allaha inanan insanların çoxu özlərini Ona daha yaxın hiss etməyi arzulayırlar. Allahın bizi Ona yaxınlaşmağa də’vət etdiyini bilirsinizmi? [Yaqub 4:8 ayəsini oxu.] Bu kitabın vasitəsilə Allaha necə yaxınlaşmağı öz şəxsi Müqəddəs Kitabınızdan öyrənə bilərsiniz». 16-cı səhifədəki 1-ci abzası oxu.
«Qanunsuzluq bu gün çox geniş yayılıb. Bu haqda burada olduqca dəqiq deyilir. [Vaiz 8:9b ayəsini oxu.] Bir çoxları soruşurlar: Allah həqiqətənmi insanların qayğısına qalır? [119-cu səhifədə 4-cü abzasın ilk iki cümləsini oxu.] Bu fəsildə pisliyin bir müddət mövcud olmasına Allahın nə üçün izn verdiyi izah edilir».
«Qayğıkeş Yaradan mövcuddurmu?» (rus.)
«Ən çətin problemləri həll etməyə dair ən yaxşı məsləhətləri haradan tapa bilərik? [Cavab verməsinə izn ver. Sonra Matta 7:28, 29 ayələrini oxu.] Burada İsanın Dağüstü təbliğinin insanlara necə təəssürat bağışladığı haqda danışılır. Görün bu haqda başqaları nə demişlər. [152-ci səhifədə yazılan fikirləri oxu.] Bu fəsildə İsanın həyatı və tə’limləri müzakirə edilir».
«Siz özünüzə nə vaxtsa belə sual vermisinizmi: Əgər Allah mövcuddursa, O nə vaxtsa yer üzündə hökm sürən iztirabı və ədalətsizliyi aradan qaldıracaqmı? [Cavab verməsinə izn ver. Sonra Vəhy 21:3, 4 ayələrini oxu.] Bu kitabda Allahın əzablara necə son qoyacağı və onların mənbəyini aradan necə qaldıracağı izah edilir». 10-cu fəsli göstər.
«Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?» (rus.)
«Bizim dövrdə, demək olar ki, hamı ciddi problemlərlə rastlaşır. Bir çoxları rəhbərlik üçün müxtəlif məsləhətçilərə müraciət edirlər. Bə’ziləri kömək üçün psixoloqlar axtarırlar. Necə düşünürsünüz, bizə həqiqətən də kömək edəcək yaxşı məsləhətləri hansı mənbədən tapmaq olar? [Cavab verməsinə izn ver]. Müqəddəs Kitabda bizim hamımızın başa düşməli olduğumuz bir həqiqət yazılıb [2 Timoteyə 3:16 ayəsini oxu. Sonra 187-ci səhifəni aç və 9-cu abzası oxu]. Bu kitab, Müqəddəs Kitabın məsləhətlərini həyatımızda tətbiq etməkdən əldə edilən faydanı görməkdə sizə kömək edəcək».
«Oyaq durun!»
«Bir çox insanlar bu gün adi hala çevrilmiş ciddi problemlərə və dəhşətli hadisələrə görə narahatdırlar. [Yaşadığınız yerdə mə’lum olan hadisəni danış.] Bu cür hadisələrin Allahın Padşahlığının tezliklə yeri idarə edəcəyinə işarə etdiyini bilirsinizmi? [Cavab verməsinə izn ver. Sonra danışdığın hadisəyə uyğun olan, məsələn, Matta 24:3, 7, 8; Luka 21:7, 10, 11; yaxud 2 Timoteyə 3:1-5 kimi ayələri oxu.] Bu broşürada bizim hansı zəmanədə yaşadığımız və bəşəriyyəti qabaqda nə gözlədiyi haqda danışılır».
«Bir çoxları bu gün dəhşətli hadisələrdən narahatdırlar və ya ağır itkilərdən iztirab çəkirlər. Bə’ziləri Allahın bu cür şeylərin qarşısını almaq üçün nəyə görə müdaxilə etmədiyinə təəccüblənirlər. Müqəddəs Kitab bizi əmin edir ki, Allah tezliklə bəşəriyyəti iztirablardan azad edəcək. [Vəhy 14:6, 7 ayələrini oxu.] Görün Allah insanlar üçün nə edəcək. [2 Peter 3:10, 13 ayələrini oxu.] Bu vacib mövzu haqda bu broşüradan daha çox öyrənmək olar».
«Vəhy. Onun möhtəşəm zirvəsi yaxındır!» (rus.)
«Siz, ehtimal ki... eşitmisiniz [yaxınlarda baş verən hadisəni danış.] Bədbəxt hadisə nəticəsində insan həyatını itirəndə, çoxları onun qohumlarına necə təsəlli verə biləcəyini düşünürlər. Bəs siz necə düşünürsünüz?» [Cavab verməsinə izn ver. Sonra 299-cu səhifəni aç və dirilmə təsvir edilən şəkli göstər.] Sonra isə de: «Bir çoxları həm saleh, həm də saleh olmayan insanların yer üzündə yaşamaq üçün diriləcəklərini eşidəndə təəccüblənirlər. [297-ci səhifənin 9-cu abzasında gətirilən Həvarilərin işlərini 24:15 ayəsini və 10-cu abzasda verilən izahatı oxu.] Bu kitab Allahın gələcək üçün olan niyyətlərinin digər maraqlı təfsilatlarını da açıqlayır».