«Müqəddəs Kitab öyrədir» nəşrini necə təklif etmək olar?
Bu əlavə vərəqədə «Müqəddəs Kitab öyrədir» nəşrini təklif etmək üçün müxtəlif təqdimələr var. Daha səmərəli olması üçün onları öz sözlərinlə de, təqdiməni ərazinizdəki insanlara uyğunlaşdır və kitabın müzakirə edəcəyin hissələri ilə yaxşı tanış ol. Əraziniz üçün müvafiq olan başqa təqdimələrdən də istifadə etmək olar. («Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci il yanvar sayının 8-ci səhifəsinə bax).
Ailə
◼ «Hər birimiz ailə həyatımızın xoşbəxt olmasını istəyirik, elə deyilmi? [Cavab verməsinə izin ver.] Müqəddəs Kitabda ailənin hər bir üzvünün ailənin xoşbəxtliyi üçün edə biləcəyi şey göstərilir: məhəbbət təzahür etdirməkdə Allahı təqlid etmək». Efeslilərə 5:1, 2 ayələrini və 135-ci səhifədəki 4-cü abzası oxu.
Din
◼ «Bir çox insanlar dünyadakı dinlərə bəşəriyyətin problemlərinin həlli kimi yox, səbəbi kimi baxmağa başlayıblar. Necə düşünürsünüz, din insanları düzgün istiqamətə yönəldirmi? [Cavab verməsinə izin ver. Sonra Matta 7:13, 14 ayələrini və 145, 146-cı səhifələrdəki 5-ci abzası oxu.] Bu fəsildə Allahın bəyəndiyi ibadətin altı səciyyəvi cəhəti göstərilir». 147-ci səhifədə yazılmış həmin cəhətləri göstər.
Dua
◼ «Heç düşünmüsünüzmü, Allah dualara necə cavab verir? [Cavab verməsinə izin ver. Sonra 1 Yəhya 5:14, 15 ayələrini və 170–172-ci səhifələrdəki 16-18-ci abzasları oxu.] Bu fəsildə həmçinin izah edilir ki, nə üçün Allaha dua etməliyik və Onun dualarımızı eşitməsi üçün nə etməliyik».
Ev
◼ «Bir çox yerlərdə büdcəyə uyğun rahat ev tapmaq günü-gündən çətinləşir. Necə düşünürsünüz, elə vaxt olacaqmı ki, hamının yaxşı evi olsun? [Cavab verməsinə izin ver. Sonra Yeşaya 65:21, 22 ayələrini və 34-cü səhifədəki 20-ci abzası oxu.] Bu nəşr Allahın bu vədinin necə yerinə yetəcəyini izah edir».
Əbədi həyat
◼ «Əksər insanlar sağlam olmaq və uzun ömür sürmək istəyir. Bəs əgər mümkün olsaydı, əbədi yaşamaq istəyərdinizmi? [Cavab verməsinə izin ver. Sonra Vəhy 21:3, 4 ayələrini və 54-cü səhifədəki 17-ci abzası oxu.] Bu kitabda əbədi həyatı necə ala biləcəyimiz və bu vəd yerinə yetəndə həyatın necə olacağı müzakirə edilir».
Fəlakət/Əzab-əziyyət
◼ «Fəlakət baş verəndə çoxlarında sual yaranır ki, görəsən doğrudanmı Allah qayğımıza qalır və əzablarımızı görür? Heç sizdə də belə sual yaranıbmı? [Cavab verməsinə izin ver. Sonra 1 Peter 5:7 ayəsini və 11-ci səhifədəki 11-ci abzası oxu.] Bu kitabda Allahın bəşəriyyətin əzab-əziyyətlərini tamamilə necə aradan qaldıracağı izah olunur». 106-cı səhifədə fəslin əvvəlindəki sualları göstər.
Har-Megidon
◼ «Çoxları “Har-Megidon” sözünü eşidəndə ağıllarına kütləvi qırğın gəlir. Har-Megidonun səbirsizliklə gözləməli olduğumuz bir hadisə olduğunu eşitsəydiniz təəccüblənərdinizmi? [Cavab verməsinə izin ver. Sonra Vəhy 16:14, 16 ayələrini oxu.] Har-Megidondan sonra həyatın necə olacağına dair burada yazılanlara diqqət yetirin». 82, 84-cü səhifələrdəki 21-ci abzası oxu.
İsa Məsih
◼ «Bütün dünyada insanlar İsa Məsih haqqında eşidiblər. Bəziləri deyir ki, o, sadəcə görkəmli şəxsiyyət olub. Başqaları isə ona Külli-İxtiyar Allah kimi ibadət edirlər. Necə düşünürsünüz, İsa Məsihlə bağlı nəyə inanmağımız əhəmiyyət kəsb edirmi?» [Cavab verməsinə izin ver. Sonra Yəhya 17:3 ayəsini və 37, 38-ci səhifələrdəki 3-cü abzası oxu.] Diqqəti fəslin əvvəlindəki suallara yönəlt.
Müqəddəs Kitab
◼ «Bir çoxları Müqəddəs Kitaba Allahın Kəlamı kimi baxır. Bəs sizdə heç sual yaranıbmı, insanlar tərəfindən qələmə alınan bir kitab necə Allahın Kəlamı ola bilər?» [Cavab verməsinə izin ver. Sonra 2 Peter 1:21 ayəsini və 19, 20-ci səhifələrdəki 5-ci abzası oxu.] Bu nəşr bu suallara da Müqəddəs Kitab əsasında cavab verir». 6-cı səhifədəki sualları göstər.
◼ «Müasir dövrdə insanlar əvvəlki vaxtlara nisbətən daha çox məlumat əldə edə bilirlər. Bəs necə düşünürsünüz, xoşbəxtliyə və uğurlu həyata aparan etibarlı məsləhətləri haradan tapmaq olar? [Cavab verməsinə izin ver. Sonra 2 Timoteyə 3:16, 17 ayələrini və 23-cü səhifədəki 12-ci abzası oxu.] Bu nəşrdə izah edilir ki, Allahı razı salan və bizə fayda gətirən həyat tərzi necə olmalıdır». 122, 123-cü səhifələrdəki cədvəli və şəkli göstər.
Müharibə/Sülh
◼ «Bütün dünyada insanlar sülhün həsrətindədirlər. Sizcə, bütün dünyada sülhün olacağına ümid etmək sadəcə bir xəyaldırmı? [Cavab verməsinə izin ver. Sonra Məzmur 46:8, 9 ayələrini oxu.] Bu nəşrdə Allahın Öz niyyətini necə yerinə yetirəcəyi və bütün dünyaya sülh gətirəcəyi araşdırılır». 35-ci səhifədəki şəkli göstər və 34-cü səhifədəki 17-21 abzasları araşdır.
Ölüm/Dirilmə
◼ «Çoxları üçün maraqlıdır ki, öləndən sonra insanla əslində nə baş verir. Sizcə, bunu bilmək mümkündürmü? [Cavab verməsinə izin ver. Sonra Vaiz 9:5 ayəsini və 58, 59-cu səhifələrdəki 5, 6-cı abzasları oxu.] Bu kitabda həmçinin Müqəddəs Kitab vədinə əsasən ölənlərin diriləcəyi haqda da danışılır». 75-ci səhifədəki şəkli göstər.
◼ «Əzizlərimizdən kim isə öləndə, onu yenidən görməyi arzulamaq təbiidir. Məgər siz belə düşünmürsünüz? [Cavab verməsinə izin ver.] Bir çoxları Müqəddəs Kitabın dirilməyə dair verdiyi vəddən təsəlli tapmışlar. [Yəhya 5:28 ayəsini və 71, 72-ci səhifələrdəki 16, 17-ci abzasları oxu.] Bu fəsildə həmçinin bu suallara cavab verilir». 66-cı səhifədə fəslin əvvəlindəki sualları ver.
Yehova Allah
◼ «Allaha inanan bir çoxları Ona daha yaxın olmaq istəyərdilər. Bəs siz bilirsinizmi ki, Müqəddəs Kitab bizi Ona yaxınlaşmağa dəvət edir? [Cavab verməsinə izin ver. Sonra Yaqub 4:8a ayəsini və 16-cı səhifədəki 20-ci abzası oxu.] Bu nəşr insanların öz Müqəddəs Kitablarından istifadə edərək Allah haqqında daha çox öyrənmələrinə kömək etmək üçün hazırlanıb». 8-ci səhifədə fəslin əvvəlindəki sualları göstər.
◼ «Bir çoxları Allahın adının müqəddəs tutulması üçün dua edir. Bəs siz heç düşünmüsünüzmü, Allahın adı nədir? [Cavab verməsinə izin ver. Sonra Yeşaya 42:8 (KM) ayəsini və 195-ci səhifədəki 2, 3-cü abzasları oxu.] Bu nəşr Müqəddəs Kitabın Yehova Allah və Onun bəşəriyyətə dair niyyəti haqqında əslində nəyi öyrətdiyini açıqlayır».
[6-cı səhifədəki çərçivə]
Könüllü ianə məsələsinə necə toxuna bilərik?
«Əgər siz bizim ümümdünya işimizə ianə etmək istəsəniz, məmnunuyyətlə qəbul edərəm».
«Bizim ədəbiyyatlar pulsuz təklif olunsa da, ümümdünya işimiz üçün edilən kiçik ianələri qəbul edirik».
«Yəqin bu işin necə yerinə yetirildiyi sizin üçün maraqlıdır. Bizim ümümdünya işimiz könüllü ianələr hesabına həyata keçirilir. Əgər siz bizim ümümdünya işinə ianə etmək istəsəniz, məmnunuyyətlə qəbul edərəm».