1) Sual, 2) ayə və 3) fəsil
«Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını təqdim etməyin sadə üsulu 1) nöqteyi-nəzərə dair sual vermək, 2) münasib ayə oxumaq, 3) fəslin əvvəlindəki sualları oxumaqla insanın diqqətini həmin mövzunun araşdırıldığı fəslə yönəltməkdir. Əgər insan maraq göstərsə, həmin fəslin əvvəlindəki abzasların köməyilə Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərə bilərsən. Bu üsuldan ilk gəlişdə, yaxud təkrar başçəkmə edərkən öyrənməyə başlamaq üçün istifadə etmək olar.
◼ «Necə fikirləşirsiniz, Müqəddəs Kitabın bu ayələrində deyildiyi kimi, adi insanlar hər şeyə qadir olan Yaradana yaxınlaşa bilərlərmi?» Həvarilərin işləri 17:26, 27 ayələrini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 1-ci fəslə yönəlt.
◼ «Bu gün üzləşdiyimiz problemləri nəzərə alsaq, sizcə, bu ayədə yazılan təsəlli və ümidi haradansa əldə etmək mümkündürmü?» Romalılara 15:4 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 2-ci fəslə yönəlt.
◼ «Əgər sizin gücünüz çatsaydı, bu dəyişiklikləri etməzdinizmi?» Vəhy 21:4 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 3-cü fəslə yönəlt.
◼ «Necə fikirləşirsiniz, nə vaxtsa övladlarımız bu qədim ilahidə təsvir olunan vəziyyətlərdə yaşayacaqlarmı?» Məzmur 37:10, 11 ayələrini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 3-cü fəslə yönəlt.
◼ «Sizcə, elə bir gün gələcəkmi ki, bu sözlər həqiqətə çevrilsin?» Yeşaya 33:24 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 3-cü fəslə yönəlt.
◼ «Sizi heç maraqlandırıbmı, görəsən ölülər dirilərin nə etdiyindən xəbərdardır, ya yox?» Cavab verməsinə izin ver. Sonra Vaiz 9:5 ayəsini oxu və diqqəti 6-cı fəslə yönəlt.
◼ «Necə fikirləşirsiniz, İsanın bu ayələrdə dediyi kimi, ölən əzizlərimizi bir də görə bilərikmi?» Yəhya 5:28 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 7-ci fəslə yönəlt.
◼ «Bu duada deyildiyi kimi, göydə olduğu tək, yerdə də Allahın iradəsinin yerinə yetməsi, sizcə, necə mümkündür?» Matta 6:9, 10 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 8-ci fəslə yönəlt.
◼ «Sizcə, biz bu peyğəmbərlikdə təsvir olunan vaxtdamı yaşayırıq?» 2 Timoteyə 3:1-4 ayələrini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 9-cu fəslə yönəlt.
◼ «Bir çoxlarını düşündürür ki, görəsən niyə bəşəriyyətin problemləri sanki getdikcə daha da artır. Sizcə, bu ayə həmin sualın cavabı ola bilərmi?» Vəhy 12:9 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 10-cu fəslə yönəlt.
◼ «Siz haçansa belə bir suala cavab tapmaq istəmisinizmi?» Əyyub 21:7 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 11-ci fəslə yönəlt.
◼ «Sizcə Müqəddəs Kitabdan olan bu məsləhəti yerinə yetirmək ailə həyatının xoşbəxt olmasına kömək edərmi?» Efeslilərə 5:33 ayəsini oxu və cavab verməsinə izin ver. Sonra diqqəti 14-cü fəslə yönəlt.
[6-cı səhifədəki çərçivə]
Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərdikdən sonra, iki dəfə öyrənmə keçdikdə və üçüncü dəfə keçiriləcəyinə əmin olduqda, öyrənməni hesabata daxil etmək olar.