Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/05 s. 2
  • Xidməti görüşlərin cədvəli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidməti görüşlərin cədvəli
  • Müqəddəs ibadətimiz 2005
  • Başlıqlar
  • Aprelin 11-dən başlanan həftə
  • Aprelin 18-dən başlanan həftə
  • Aprelin 25-dən başlanan həftə
  • Mayın 2-dən başlanan həftə
Müqəddəs ibadətimiz 2005
km 4/05 s. 2

Xidməti görüşlərin cədvəli

Qeyd. Yay ayları ərzində «Bizim Padşahlıq Xidmətimiz»də xidməti görüşlərin həftəlik cədvəli dərc olunacaqdır. Yığıncaqlar, «Allaha itaətkarlıq» adlı vilayət konqresinə getməklə əlaqədar həmin cədvələ lazımi dəyişikliklər daxil edə bilər. Əgər lazımdırsa, konqresdən əvvəl keçiriləcək axırıncı xidməti görüşdə «Bizim Padşahlıq Xidmətimiz»in həmin sayındakı əlavə vərəqəsində verilən münasib məsləhətlərin təkrarına 15 dəqiqə vaxt ayırmaq olar. Konqresdən bir və ya iki ay keçdikdən sonra xidməti görüşlərdən birində (məsələn, «Yerli tələbatların» əvəzinə), konqres proqramının diqqətəlayiq fikirlərini təkrar etmək üçün 15-20 dəqiqə vaxt ayırın. Xidməti görüşdəki xüsusi müzakirədə konqresdə öyrəndiklərimizi necə istifadə etdiyimizi və bunun xidmətimizi daha uğurlu etməkdə necə kömək etdiyini izah edə biləcəyik.

Aprelin 11-dən başlanan həftə

Mahnı 4.

15 dəq. Yerli e’lanlar. «Bizim Padşahlıq Xidmətimiz»dən seçilmiş e’lanlar. Sizin əraziyə müvafiqdirsə 8-ci səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 may sayını təqdim etməyin üsulu göstərilir. Digər münasib səhnəciklər də hazırlamaq olar. Səhnəciklərdən birində küçədə təbliği səhnələşdir.

15 dəq. «Yorulmadan təbliğ edin»a. Ayrılan vaxt çərçivəsində dinləyicilərdən gətirilən Müqəddəs Kitab ayələrini şərh etmələrini xahiş et.

15 dəq. «Yaxşılıq et və başqaları ilə bölüş»b. Materialı yerli şəraitlərə tətbiq et və başqalarına necə kömək edə biləcəyimizi söylə.

Mahnı 47 və yekun dua.

Aprelin 18-dən başlanan həftə

Mahnı 76

10 dəq. Yerli e’lanlar.

20 dəq. «Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik. VIII hissə»c. Bir səhnəcik hazırla. Bu səhnəcikdə təbliğçi «Yehovanın Şahidləri. Onlar kimdirlər? Nəyə inanırlar?» broşürasını Müqəddəs Kitabı öyrənən adama təklif edir. Təbliğçi öyrənənin diqqətini 20-ci səhifədə olan şəkilə yönəldir və qısaca olaraq açıq görüşün necə keçirildiyini başa salır. O, gələn həftə söyləniləcək mə’ruzənin adını deyir və onu həmin görüşə də’vət edir.

15 dəq. Elektronika əsrində müdrikliyi qoruyub saxlayırıq. «Bizim Padşahlıq Xidmətimiz»in 2002-ci il sentyabr sayının 8-ci səhifəsindəki 1-7-ci abzaslara və «Bizim Padşahlıq Xidmətimiz»in 1999-cu il noyabr sayının 5-ci səhifəsindəki (rus.) 24-26-cı abzaslara və 6-cı səhifədəki 35, 36-cı abzaslara əsaslanan nitq. Əgər vaxt imkan verirsə 1999-cu ilin noyabr sayındakı bu məqalədən yerli şəraitə uyğun gələn digər fikirləri də nitqə daxil etmək olar.

Mahnı 169 və yekun dua.

Aprelin 25-dən başlanan həftə

Mahnı 111

15 dəq. Yerli e’lanlar. Maliyyə hesabatını və göndərilən ianələrə görə filialdan gələn minnətdarlıq məktubunu oxu. Təbliğçilərə aprel ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Sizin əraziyə müvafiqdirsə, 8-ci səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 may sayını təqdim etməyin üsulu göstərilir. Təqdimələrdən birində «Bu məni maraqlandırmır» e’tirazının öhdəsindən gəlməyin üsulunu göstər («Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu» broşürasına bax. səh. 8, rus.). Jurnallarda ərazinizdə yaşayan insanlar üçün hansı məqalələrin daha maraqlı ola biləcəyini söylə.

30 dəq. «Böyük toplantıda Yehovaya şükür edin»d. Yığıncağın katibi təqdim edir. Yığıncağınızın hansı konqresə tə’yin edildiyini xatırlat. Nömrələnmiş abzasları «Gözətçi Qülləsi»ndə olduğu kimi müzakirə edin. Abzasların oxunmasını bacarıqlı qardaşa tapşır. «Vilayət konqresi ilə bağlı xatırlatmalar» çərçivəsini nəzərdən keçir.

Mahnı 8 və yekun dua.

Mayın 2-dən başlanan həftə

Mahnı 148

10 dəq. Yerli e’lanlar. 6-cı səhifədəki «“Oyaq durun!” broşürasının öyrənilməsi» adlı məqaləni qısaca olaraq nəzərdən keçir. Xatırlat ki, bu məqaləyə broşüranı öyrənmək üçün cədvəl daxildir. Hamını yaxşı hazırlaşmağa və hər həftə kitaböyrənmədə iştirak etməyə təşviq et. Öyrənmə mayın 23-dən başlanan həftədən başlanacaq.

15 dəq. Yerli tələbatlar.

20 dəq. «Müxtəlif mənşəli insanlar xilas olacaqlar»e. Bu mə’lumatı sizin ərazidə necə tətbiq etməyin üsulunu izah et.

Mahnı 112 və yekun dua.

[Haşiyələr]

a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

d Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

e Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş