Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/05 s. 2
  • Xidməti görüşlərin cədvəli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidməti görüşlərin cədvəli
  • Müqəddəs ibadətimiz 2005
  • Başlıqlar
  • İyulun 11-dən başlanan həftə
  • İyulun 18-dən başlanan həftə
  • İyulun 25-dən başlanan həftə
  • Avqustun 1-dən başlanan həftə
Müqəddəs ibadətimiz 2005
km 7/05 s. 2

Xidməti görüşlərin cədvəli

İyulun 11-dən başlanan həftə

Mahnı 49.

10 dəq. Yerli e’lanlar. «Bizim Padşahlıq Xidmətimiz»dən seçilmiş e’lanlar. Sizin əraziyə müvafiqdirsə 4-cü səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 avqust sayını təqdim etməyin üsulu göstərilir. Digər münasib təqdimələrdən də istifadə etmək olar. Təqdimədə «Mən məşğulam» kimi e’tirazın öhdəsindən gəlməyin üsulunu göstər («Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu» broşürasına bax. s. 11, rus.).

20 dəq. «“Nuh. O, Allahla yeriyirdi” filmi hamı üçün faydalıdır!» Nuh haqqında filmin müzakirəsi. Videokasetin qutusunun üzərindəki suallardan istifadə edərək dərhal müzakirəyə başla.

15 dəq. «Xoş xəbəri daha çox insanlara çatdırmaq imkanları»a. 5-ci abzası müzakirə edərkən «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci il iyun sayında 8-ci səhifədəki təqdimələrdən ərazinizə münasib olanları nəzərdən keçir.

Mahnı 88 və yekun dua.

İyulun 18-dən başlanan həftə

Mahnı 173.

10 dəq. Yerli e’lanlar. Qısaca olaraq «Gözətçi Qülləsi»nin 2000-ci il 15 avqust sayının 32-ci səhifəsindəki (rus.) materialı nəzərdən keçir. Hətta mə’zuniyyətə və ya başqa işlərə görə vərdiş edilən qrafik pozulsa da, hər gün Müqəddəs Kitabı oxumağın gətirdiyi faydaya diqqət yetir.

15 dəq. «Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik. XI hissə»b. Səhnəcik təşkil et. Yaxın bir zamanda təbliğçi olan və onunla Müqəddəs Kitab öyrənməsini keçirən şəxs birlikdə təkrar başçəkməyə hazırlaşırlar. Onlar təbliğdə rastlaşdıqları adamla olan ilk görüşü müzakirə edir və təkrar baş çəkmə zamanı hansı mövzuya toxunacaqlarını həll edirlər. Həmçinin sadə təqdimə və söhbətin sonunda verəcəkləri sualı hazırlayırlar. Səhnəcik o yerdə qurtarır ki, hazırladıqları təqdiməni məşq etməyə başlamaq istəyirlər.

20 dəq. Başqalarına Müqəddəs Kitabı anlamağa və qiymətləndirməyə kömək edin. «Allaha ibadət edin» kitabının (rus.) 24, 25-ci səhifələrindəki 3-6-cı abzasların əsasında müzakirə. Sualları kitabın özündən ver. «Hamı üçün olan kitab» broşürasının 32-ci səhifəsindən fikirlər əlavə et.

Mahnı 10 və yekun dua.

İyulun 25-dən başlanan həftə

Mahnı 138.

15 dəq. Yerli e’lanlar. Maliyyə hesabatını və göndərilən ianələrə görə filialdan gələn minnətdarlıq məktubunu oxu. Sizin əraziyə müvafiqdirsə 4-cü səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 avqust sayını təqdim etməyin üsulu göstərilir. Digər münasib təqdimələrdən də istifadə etmək olar. Səhnəcikdə jurnal qeyri-rəsmi şəraitdə — bazarda və ya başqa bir ictimai yerdə təklif olunur.

10 dəq. Həqiqəti övladlarınızın şüuruna yeridin (Qanun. 6:7). Ağsaqqalın, «Gözətçi Qülləsi»nin 2002-ci il 15 avqust sayının 30, 31-ci səhifələrindəki (rus.) materiala əsaslanan nitqi. Valideynlərindən biri imanda olmayan uşaqların tərbiyəsi üçün faydalı olan Müqəddəs Kitab prinsiplərinə diqqət yetir.

20 dəq. «İnsanların qarşısında olan borcumuz»c. «Gözətçi Qülləsi»nin 2000-ci il 1 iyul sayının 11-ci səhifəsindəki 13-cu abzasdan (rus.) fikirlər əlavə et.

Mahnı 82 və yekun dua.

Avqustun 1-dən başlanan həftə

Mahnı 187.

15 dəq. Yerli e’lanlar. Təbliğçilərə iyul ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Dinləyiciləri «Xidmət Məktəbi» (rus.) kitabının 70-ci səhifəsini açmağa və 1, 2-ci abzasları, həmçinin «Yığıncaq görüşlərində şərh vermək» çərçivəsini də müzakirə etməyə də’vət et.

15 dəq. «Uşaqlarınızı təbliğ etməyə öyrədin». Nitq və dinləyicilərlə müzakirə. Səhnəcik təşkil et. Bu səhnəcikdə valideyn uşağı ilə birlikdə sadə təqdimədən istifadə edir. Valideyn sonda könüllü ianələr haqqında xatırladır.

15 dəq. Münasib təqdimələrdən istifadə edirsənmi? «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci il yanvar sayının 6-cı səhifəsindəki materiala əsasən nitq və müzakirə. Təklif olunan təqdimələri nəzərdən keçir və avqust ayında insanlara ədəbiyyat paylamaq üçün təqdimələri şəraitə necə uyğunlaşdırmağın mümkün olduğunu izah et. Bir və ya iki səhnəcik hazırla.

Mahnı 218 və yekun dua.

[Haşiyələr]

a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş