Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 10/05 s. 2
  • Xidməti görüşlərin cədvəli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidməti görüşlərin cədvəli
  • Müqəddəs ibadətimiz 2005
  • Başlıqlar
  • Oktyabrın 10-dan başlanan həftə
  • Oktyabrın 17-dən başlanan həftə
  • Oktyabrın 24-dən başlanan həftə
  • Oktyabrın 31-dən başlanan həftə
  • Noyabrın 7-dən başlanan həftə
Müqəddəs ibadətimiz 2005
km 10/05 s. 2

Xidməti görüşlərin cədvəli

Oktyabrın 10-dan başlanan həftə

Mahnı 17

10 dəq. Yerli e’lanlar. «Bizim Padşahlıq Xidmətimiz»dən seçilmiş e’lanlar. Sizin əraziyə müvafiqdirsə, 8-ci səhifədə verilən təqdimədən istifadə edərək səhnəcik hazırla. Səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 noyabr sayını təqdim etməyin üsulunu göstər. Səhnəciyin sonunda təqdimənin müsbət cəhətlərini qeyd et. Əlavə olaraq, sizin ərazidə yaşayan insanlara maraqlı ola biləcək jurnalın digər məqalələrinə də diqqət yetir.

15 dəq. Müntəzəm oxumaq vərdişin varmı? Dinləyicilərlə «Xidmət Məktəbi» (rus.) kitabının 21-26-cı səhifəsindəki bə’zi fikirlərə əsaslanan müzakirə. Nə oxumaq olar? (s. 21, çərçivə). Nəşrlərimizi oxumaq nəyə görə vacibdir? (s. 23, abz. 2). Müntəzəm oxumaq üçün nə etmək lazımdır? (s. 26, abz. 3, 4). «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarını oxumaq üçün vaxtı haradan tapırsan? Bu sənə hansı faydanı gətirir?

20 dəq. «Allahın sözünü cəsarətlə söyləməyə davam edin»a. Dinləyicilərdən xahiş et ki, onlar şahidlik etmək lazım gələn zaman cəsarətləri olmadığı halda lazımi qüvvəni haradan tapdıqları barədə danışsınlar. Belə vəziyyətlərdə şahidlik etməkdə onlara nə kömək edir?

Mahnı 78 və yekun dua.

Oktyabrın 17-dən başlanan həftə

Mahnı 36

10 dəq. Yerli e’lanlar. «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci ilinin sentyabr sayındakı əlavə vərəqənin 3-cü hissəsindən istifadə edərək Müqəddəs Kitab öyrənməsində Müqəddəs Yazılardan effektli şəkildə istifadə etməyə dair bir və ya iki fikri nəzərdən keçir.

15 dəq. Özünü İnternetdəki tələlərdən qoru. Ağsaqqalın «Oyanın!» jurnalının (rus.) 2004-cü il 8 dekabr sayının 18-21-ci səhifələrindəki məqaləyə əsaslanan nitqi.

20 dəq. «Xeyirxah işlər etməklə insana səmimi maraq göstər»b. Dinləyicilərdən xahiş et ki, təbliğ xidmətində iştirak etdikləri zaman insanlara necə xeyirxahlıq göstərdikləri barədə danışsınlar. Təbliğ etdiyimiz insanlara şəxsi maraq göstərməyə dair digər üsullar «Bizim Padşahlıq Xidmətimiz»in gələn saylarından birində müzakirə ediləcək.

Mahnı 2 və yekun dua.

Oktyabrın 24-dən başlanan həftə

Mahnı 68

10 dəq. Yerli e’lanlar. Maliyyə hesabatını və minnətdarlıq məktubunu oxu. «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci ilinin yanvar sayının əlavə vərəqəsində dərc olunan təqdimələrin birindən və ya sizin əraziyə müvafiq olan digər təqdimədən istifadə edərək noyabr ayında paylanacaq ədəbiyyatın təqdim etmə üsulunu göstər (Bax: «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci il yanvar sayı səh. 8, abz. 5).

15 dəq. Yerli tələbatlar.

20 dəq. Geyimimizdə və saç düzümümüzdə Allahın normalarını əks etdiririk. «Gözətçi Qülləsi»nin 2002-ci il 1 oktyabr sayının 30-32-ci səhifələrinə əsaslanan nitq və dinləyicilərlə müzakirə. Dinləyicilərdən xahiş et ki, xarici görünüşümüzün səliqəli və ədəbli olmasının şahidlik etməyə necə imkan yaratdığı barədə danışsınlar.

Mahnı 153 və yekun dua.

Oktyabrın 31-dən başlanan həftə

Mahnı 209

10 dəq. Yerli e’lanlar. Təbliğçilərə oktyabr ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Sizin əraziyə müvafiqdirsə, 8-ci səhifədə verilən təqdimədən istifadə edərək «Gözətçi Qülləsi»nin 1 noyabr sayını təqdim etməyin üsulunu göstər.

15 dəq. Müntəzəm olaraq jurnal gətirdiyin insanların maraqlarını inkişaf etdir. «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci ilinin may sayının 8-ci səhifəsindəki məqaləyə əsaslanan nitq və dinləyicilərlə müzakirə. İnsanlara onlar üçün müntəzəm olaraq jurnal gətirməyi necə təklif edə bilərik? (abz. 1). Yalnız bir Müqəddəs Kitab ayəsindən istifadə edərək insanlarla müəyyən mövzunu necə müzakirə edə bilərik? (abz. 3). Seçdiyimiz ayəni oxumaqdan savayı daha nə edə bilərik? (abz. 4). Müntəzəm olaraq jurnal gətirdiyimiz insanlarla Müqəddəs Kitab öyrənməsinə necə başlaya bilərik? (abz. 5). Təbliğçinin bir ayə əsasında ev sahibi ilə söhbət etməsinə dair bir səhnəcik hazırla.

20 dəq. Qətiyyətli, lakin hörmətcil gənclər. Ağsaqqalın «Gözətçi Qülləsi»nin 2002-ci il 15 sentyabr sayının (rus.) 23, 24-cü səhifələrindəki «İştirak etməkdən hörmətcil tərzdə imtina etmək» adlı başlığa əsaslanan nitqi. Qabaqcadan bir və ya iki gəncdən məktəbdə qarşılaşdıqları çətinliklər və onların öhdəsindən gəlməkdə onlara nəyin kömək etdiyi barədə danışmalarını xahiş et.

Mahnı 222 və yekun dua.

Noyabrın 7-dən başlanan həftə

Mahnı 39

5 dəq. Yerli e’lanlar.

20 dəq. Görüşlərdə fikrini toplamaq qabiliyyətini inkişaf etdir. «Gözətçi Qülləsi»nin 2002-ci il 1 dekabr sayının 10, 11-ci səhifələrindəki 11-14-cü abzaslara əsaslanan nitq və dinləyicilərlə müzakirə. Gətirilən məsləhətləri nəzərdən keçir və dinləyicilərdən yığıncaq görüşlərindən hansı faydanı əldə etdikləri barədə danışmalarını xahiş et.

20 dəq. «İnsanlarla mülahizə yürütmək məharətini inkişaf etdir»c. Qabaqcadan bir neçə təbliğçidən xahiş et ki, sizin ərazidə yaşayan müxtəlif mənşəli insanlarla necə mülahizə yürütdükləri barədə danışsınlar.

Mahnı 50 və yekun dua.

[Haşiyələr]

a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

c Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş