Xidməti görüşlərin cədvəli
Martın 13-dən başlanan həftə
Mahnı 41.
10 dəq. Yerli e’lanlar. «Bizim Padşahlıq Xidmətimiz»dən seçilmiş e’lanlar. Sizin əraziyə müvafiqdirsə, 4-cü səhifədə verilən məsləhətdən istifadə edərək səhnəcik hazırla. Bu səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 mart sayını təqdim etməyin üsulu göstərilir. Təqdimənin sonunda təbliğçi təqdim edəcəyi jurnalın 32-ci səhifəsindən istifadə edərək ev sahibini Xatirə Gecəsinə də’vət edir.
15 dəq. «İnsanlara fidiyə qurbanlığından fayda əldə etməyə kömək et»a.
20 dəq. Rəbbin Axşam Yeməyi — Allaha izzət gətirən hadisə. «Bilik» kitabının 127-ci səhifəsinə və «Gözətçi Qülləsi»nın 2003-cü il 1 fevral sayının 12-15 və 19-cu səhifələrinə əsaslanmış sual-cavab əsasında müzakirə. Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən çox olmamalıdır. Ev sahibi ilə bu mövzuda söhbətə başlamağın yolunu göstər. Sonra abzasları oxumadan aşağıdakı sualları dinləyicilərə ver: (abz. 2) İsa ölümünün Xatirə Gecəsini nə zaman tə’sis etmişdi? (abz. 3) Rəbbin Axşam Yeməyi ildə neçə dəfə qeyd edilməlidir? (abz. 4) Müqəddəs Kitab onun qeyd olunmasını necə təsvir edir? (abz. 5) Biz haradan bilirik ki, İsa çörəyi özünün bədəninə, şərabı isə qanına çevirmədi? (abz. 6) Mayasız çörək nəyin rəmzidir? (abz. 7) Qırmızı şərab nəyi bildirir? (abz. 8) Çörək və şərabdan yalnız kimlər qəbul etməlidirlər? (abz. 9) Xatirə Gecəsi hər il hansı tarixdə qeyd edilir və biz nə üçün orada iştirak etməliyik? Vaxt imkan verərsə, əsas ayələri müzakirə et. Hamını abzasları oxumaqla, əsas bəndləri müzakirə etməklə və yuxarıda verilən sadə suallardan istifadə etməklə bu materialı Müqəddəs Kitabı öyrənənlər və Xatirə Gecəsinə də’vət etdikləri başqa şəxslərlə öyrənməyə təşviq et.
Mahnı 134 və yekun dua.
Martın 20-dən başlanan həftə
Mahnı 18.
10 dəq. Yerli e’lanlar. «Xatirə Gecəsi ilə əlaqədar xatırlatma» adlı çərçivədən bə’zi əsas fikirləri nəzərdən keçir.
23 dəq. Allahın quruluşunda Məsihin rolu. «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 10-13-cü səhifələrinə (rus.) əsaslanan nitq. «Məsihin rolu nədən ibarətdir?» başlığı altında olan ilk iki abzası müzakirə edərkən, üç-dörd dəqiqə ərzində Xatirə Gecəsi üçün də’vətnamələrdən istifadə etməyin yollarını göstərən təqdimələri səhnələşdir. «Bizim Padşahlıq Xidmətimiz»in fevral sayının 3-cü səhifəsində 3-cü abzasda verilən təklifləri nəzərdən keçir.
12 ddəq. Müqəddəs Yazıları hər gün araşdırmaq imanımızı möhkəmləndirir. 2006-cı ilin «Müqəddəs Yazıları gündəlik araşdırmaq» broşürasının (rus.) müqəddiməsinə əsaslanan nitq və səhnəcik. Bir səhnəcik hazırla. Bu səhnəcikdə ailə həmin gün üçün olan ayəni və şərhi müzakirə edir.
Mahnı 103 və yekun dua.
Martın 27-dən başlanan həftə
Mahnı 44.
15 dəq. Yerli e’lanlar. Təbliğçilərə mart ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Maliyyə hesabatını və minnətdarlıq məktubunu oxu. 4-cü səhifədə verilən təqdimədən istifadə edərək səhnəcik hazırla. Səhnəcikdə «Gözətçi Qülləsi»nin 1 mart sayını təqdim etməyin üsulunu göstər. Başqa münasib təqdimələrdən də istifadə etmək olar. Həmçinin maraqlananları Xatirə Gecəsinə də’vət etmək üçün çap edilmiş də’vətnamələrdən istifadə etməyin üsulunu göstər.
10 dəq. Allah yer üzündəki hadisələrə rəhbərlik edirmi? «Gözətçi Qülləsi»nin 2006-cı il 1 aprel sayının sonuncu səhifəsinə əsaslanan nitq. Bir səhnəcik də hazırla. İnsanları xüsusi mə’ruzəyə qulaq asmağa də’vət etmək üçün hər imkandan istifadə et. Öyrənənləri və onların Müqəddəs Kitab öyrənməsində iştirak etməyən ailə üzvlərini də də’vət et. Bütün maraqlananlara və xidmət zamanı rastlaşdığımız insanların hamısına bu xüsusi də’vətnamə verilməlidir. Qeyri-fəal olan və ya görüşlərə gəlməyən şəxsə də’vətnamə verərkən «Gözətçi Qülləsi»nin 1 aprel sayından istifadə etməyin üsulunu nümayiş etdir.
20 dəq. Ərazimizdə baş verən hadisələr. Dinləyiciləri mart ayı ərzində «Bilik» kitabını paylayarkən baş verən maraqlı hadisələri danışmağı xahiş et. Yeni başlanan Müqəddəs Kitab öyrənmələrini qeyd et. Bir və ya iki maraqlı hadisəni səhnələşdirmək olar.
Mahnı 170 və yekun dua.
Aprelin 3-dən başlanan həftə
Mahnı 199.
10 dəq. Yerli e’lanlar. Maraqlananları Xatirə Gecəsinə də’vət etmək üçün çap edilmiş də’vətnamələrdən istifadə etməyin üsulunu göstər.
15 dəq. Yerli tələbatlar.
20 dəq. «Həlimlərə Allahın yolu ilə getməyi öyrət»b. «Gözətçi Qülləsi»nin 2004-cü il 1 sentyabr sayında 27-ci səhifənin 9-cu abzasında olan fikirləri də daxil et.
Mahnı 93 və yekun dua.
[Haşiyələr]
a Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.
b Giriş sözlərə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavabların köməyi ilə müzakirəyə başla.