Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/07 s. 2
  • Xidməti görüşlərin cədvəli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidməti görüşlərin cədvəli
  • Müqəddəs ibadətimiz 2007
  • Başlıqlar
  • Yanvarın 8-dən başlanan həftə
  • Yanvarın 15-dən başlanan həftə
  • Yanvarın 22-dən başlanan həftə
  • Yanvarın 29-dan başlanan həftə
  • Fevralın 5-dən başlanan həftə
Müqəddəs ibadətimiz 2007
km 1/07 s. 2

Xidməti görüşlərin cədvəli

Yanvarın 8-dən başlanan həftə

Mahnı 7

10 dəq. Yerli e’lanlar. Hamını, «Qansız müalicə. Əldə edilən nailiyyətlər» adlı videofilmə baxmağa təşviq et. Bu filmin müzakirəsi yanvarın 22-dən başlanan həftədə xidməti görüşdə keçiriləcək. 4-cü səhifədə verilən və ya sizin əraziyə uyğun gələn təqdimələrdən istifadə edərək «Gözətçi Qülləsi»inin 1 yanvar sayını təqdim etməyin üsulunu göstər. Təqdimələrdən birində «Mən məşğulam» kimi e’tirazın öhdəsindən gəlməyin üsulunu göstər («Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu» broşürasına bax. s. 11, 12. rus.).

15 dəq. «Müqəddəs Yazıların gündəlik araşdırılması»ndan faydalan. 2007-ci il üçün «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasının müqəddiməsinə əsaslanan nitq və dinləyicilərlə müzakirə. Ayənin və verilən şərhin oxunmasına hər gün bir neçə dəqiqə ayırmağın vacib olduğunu vurğula. Qabaqcadan bir və ya iki təbliğçidən xahiş et ki, onlar bunu necə etdiklərini və bunun onlara hansı faydanı gətirdiyini danışsınlar. Axırda 2007-ci ilin illik ayəsini müzakirə et.

20 dəq. «Xoş xəbəri hamıya çatdır». «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 92-ci səhifəsindən 102-ci səhifədəki sətirbaşına (rus.) qədər materiala əsaslanan nitq və dinləyicilərlə müzakirə.

Mahnı 6 və yekun dua.

Yanvarın 15-dən başlanan həftə

Mahnı 20

10 dəq. Yerli e’lanlar. «Bizim Padşahlıq Xidmətimiz»dən seçilmiş e’lanlar.

15 dəq. «Sizə nə isə mane olurmu?» «Gözətçi Qülləsi»nin 2002-ci il 1 iyun sayında, səh. 19, 19-dan 25-dək abzaslara əsaslanmış nitq.

20 dəq. «Bu məni maraqlandırmır»a. 4-cü abzası araşdıranda dinləyicilərdən təbliğ etdikləri ərazidə hansı məsələlərin sakinləri daha çox narahat etdiyini soruş. İki qısa səhnəcikdə «Bu məni maraqlandırmır» kimi e’tirazın öhdəsindən gəlməyin üsulunu göstər. («Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulu» broşürasına bax. s. 8, 9, rus.).

Mahnı 11 və yekun dua.

Yanvarın 22-dən başlanan həftə

Mahnı 28

10 dəq. Yerli e’lanlar. Maliyyə hesabatını və minnətdarlıq məktubunu oxu. 4-cü səhifədə verilən və ya sizin əraziyə uyğun gələn təqdimələrdən istifadə edərək «Gözətçi Qülləsi»inin 1 yanvar sayını təqdim etməyin üsulunu göstər. Təqdimələrdən birində müntəzəm jurnal gətirilən adama təkrar başçəkməyin üsulunu da göstər.

10 dəq. Yerli tələbatlar.

25 dəq. «Yüksək keyfiyyətli tibbi xidmət hansıdır?» Ağsaqqal təqdim edir. Məqalədəki sualların köməyi ilə dinləyicilərlə «Qansız müalicə» videofilmini müzakirə et. Müzakirəyə sonuncu abzası oxumaqla yekun vur və hamını məqalədə istinad edilən «Gözətçi Qülləsi»nin müxtəlif saylarındakı məqalələri oxumağa təşviq et.

Mahnı 26 və yekun dua.

Yanvarın 29-dan başlanan həftə

Mahnı 9

10 dəq. Yerli e’lanlar. Təbliğçilərə yanvar ayı üçün təbliğ xidməti haqqında hesabat verməyi xatırlat. Fevral ayında paylanacaq ədəbiyyatı xatırlat və bir səhnəcik hazırla.

20 dəq. «Sən təbii fəlakətə hazırsanmı?»b Ağsaqqal təqdim edir. «Bizim Padşahlıq Xidmətimiz»in 2005-ci il noyabr sayının 3-cü səhifəsindəki fikirləri də daxil et.

15 dəq. «Gəlməyə söz vermisənsə, sözünə əməl et». «Gözətçi Qülləsi»nin 1999-cu il 15 sentyabr sayının 10–cu, 11-ci səhifələrinə (rus.) əsaslanan nitq və dinləyicilərlə müzakirə. Dinləyicilərdən xahiş et ki, insanlara təkrarən baş çəkməkdən aldıqları xeyir-dualardan danışsınlar.

Mahnı 16 və yekun dua.

Fevralın 5-dən başlanan həftə

Mahnı 4

10 dəq. Yerli e’lanlar.

15 dəq. «Kim olduğunu gizlətmə». Nitq və dinləyicilərlə müzakirə. Gənclərdən bə’ziləri həmyaşıdlarının onlara güləcəyindən qorxduqları üçün Yehovanın Şahidi olduqlarını gizlədirlər. Amma başqalarının sənin nəyə inandığını bilmələrinin üstün cəhətləri var. İmanından xəbəri olan məktəb müəllimləri sənə hörmətlə yanaşacaq, vicdanına uyğun olmayan tədbirlərdə iştirak etməyini tələb etməyəcəklər. Pis işlərlə məşğul olan məktəb yoldaşların səni öz tərəflərinə çəkməyəcək, digərləri isə əks cinsin üzvləri ilə nəyə görə görüşmədiyini, məktəbdənkənar işlərlə, məsələn, idman yarışlarında iştirak etməməyinə pis baxmayacaqlar. Sən məktəbdə təbliğ etməyə və sahədə qarşılaşdığın məktəb yoldaşlarına xoş xəbəri çatdırmaqdan qorxmayacaqsan (g02 22/03 s. 12, rus.). Dinləyicilərdən xahiş et ki, Yehovanın Şahidləri olduqlarını məktəbdə gizlətməməyin onlara hansı faydası olduğu barəsində danışsınlar. Əvvəlcədən bir və ya iki nəfərdən cavab hazırlamağı xahiş et.

20 dəq. «Məhəbbət səmərəli xidmətin açarıdır»c. «Gözətçi Qülləsi»nin 2003-cü il 1 may sayının 31, 32–ci səhifələrinin 16-17-ci abzaslarından fikirlər də daxil et.

Mahnı 24 və yekun dua.

[Haşiyələr]

a Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.

b Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.

c Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən artıq çəkməməlidir. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş