E’lanlar
◼ Fevral ayında paylanacaq ədəbiyyat: «Sən, Allahın dostu ola bilərsən!» broşürasını və ya «Yehovanın Şahidləri» traktatını, həmçinin yığıncaqda olan başqa nəşrləri təklif etmək olar. Mart: «Müqəddəs Kitab öyrədir» kitabını, həmçinin «Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?» traktatını təklif et və öyrənmə başlamağa çalış. Aprel, may: «Gözətçi Qülləsi» jurnalı. Təkrar baş çəkərkən, maraqlanan insanlara, o cümlədən Xatirə Gecəsinə və ya məsihçi görüşlərinə gələnlərə, lakin yığıncaqla hələ sıx bağlı olmayanlara «Müqəddəs Kitab öyrədir» kitabını verməyə çalışın. Hər bir imkandan istifadə edərək Müqəddəs Kitab öyrənməsinə başlayın.
◼ Katib və xidməti nəzarətçi bütün daimi pionerlərin fəaliyyətini nəzərdən keçirməlidirlər. Ağsaqqallar təbliğ normasını yerinə yetirməkdə çətinlik çəkənlərə lazımi köməkliyi göstərməlidirlər. Bu haqda məsləhətləri illik məktublarda (S-201) tapmaq olar.
◼ 2007-ci il Xatirə Gecəsi ilə əlaqədar «Bu narahat dünyada təhlükəsizlik tapa bilərsən!» adlı xüsusi açıq mə’ruzə söyləniləcək. Həmçinin müvafiq e’lana «Bizim Padşahlıq Xidmətimiz»in 2006-cı il oktyabr sayında baxın.