Martın 30-dan başlanan həftənin cədvəli
MARTIN 30-DAN BAŞLANAN HƏFTƏ
Mahnı 7
□ Yığıncağın Müqəddəs Kitab öyrənməsi:
lv fəs.3 ¶8-15, s. 30, çər.
□ Teokratik Xidmət Məktəbi:
Müqəddəs Kitabın oxunması: Çıxış 1-6
№ 1: Çıxış 1:1-19
№ 2: Şeytan necə peyda oldu? (bh s. 28, 29, abz. 4-6)
№ 3: «Ümumi xilas» baxışı Müqəddəs Yazılara uyğundurmu? (td 23C)
□ Xidməti görüş:
Mahnı 6
5 dəq. Elanlar. Xatirə Gecəsi ilə bağlı son elanları söylə.
15 dəq. Xatirə Gecəsinə gələn maraqlananlara kömək etməyə hazır ol. Xidməti nəzarətçinin nitqi. Təbliğçilərə Müqəddəs Kitabı öyrənənlərə, qeyri-fəal təbliğçilərə və Xatirə Gecəsinə gələn başqa adamlara, məsələn, tanışlara və ailə üzvlərinə necə kömək edə biləcəklərini xatırlat. («Bizim Padşahlıq Xidmətimiz»in 2008-ci il mart ayı üçün olan sayının 4-cü səhifəsinə bax.) Xatirə Gecəsinə gələn maraqlanan insanla Müqəddəs Kitab öyrənməsinə başlamağın üsulunu qısaca səhnələşdir. Xatirə Gecəsi ilə bağlı aprelin 5-i bazar günündən başlayan Müqəddəs Kitabın oxunmasını hamıya xatırlat. Bunu necə etməyə dair praktiki məsləhətlər vermək olar.
15 dəq. «Müqəddəs Kitab — faktlar və peyğəmbərliklər kitabı». Giriş sözlərinə ayırdığın vaxt bir dəqiqədən az olmalıdır. Sonra isə sual-cavab vasitəsilə müzakirə apar.
Mahnı 5