Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2010-cu il aprelin 26-dan başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Məktəbin nəzarətçisi 2010-cu il martın 1-dən başlanan həftədən aprelin 26-dan başlanan həftəyədək Teokratik Xidmət Məktəbində keçilən materialın 20 dəqiqəlik müzakirəsini keçirəcək.
1. «Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi» deyərkən Naomi nəyi nəzərdə tuturdu? (Rut 1:21) (w05 1.5. səh. 30, abz. 1, 3).
2. Hansı xüsusiyyətlərinə görə Rut ‘xeyirxah qadın’ adlanmışdı? (Rut 3:11) (w05 1.5. səh. 31, abz. 4).
3. Elqananın «mən sənə on oǧuldan da artıq deyiləmmi» sözləri onun arvadını necə ürəkləndirdi? (1 Şam. 1:8) (w90-E 15.3. səh. 27, abz. 5, 6).
4. İsraillilərin padşah istəmələrində pis olan nə idi? (1 Şam. 8:5) (w05 1.12. səh. 16, abz. 17; it-2-E səh. 163, abz. 1).
5. ‘Qocalıb, saçları aǧarmış’ Şamuel başqaları üçün dua etməkdə hansı nümunəni qoyub və bu, nəyi göstərir? (1 Şam. 12:2, 23) (w07 1.6. səh. 29, 30, abz. 14, 15).
6. Nəyə görə Şaul qenlilərə xüsusi rəǧbət hissi bəsləyirdi? (1 Şam. 15:6) (w05 1.6. səh. 30, abz. 10).
7. Şaulu Davuda: «Ey cavan, kimin oǧlusan?» — sualını verməyə nə təşviq etmişdi? (1 Şam. 17:58) (w07-U 1.8. səh. 31, abz. 3, 5).
8. Davudun Qatda üzləşdiyi ciddi problemin öhdəsindən necə gəldiyindən nə öyrənirik? (1 Şam. 21:12, 13) (w05 1.6. səh. 32, abz. 4).
9. Dostu Davudun dəstəyə və ruhlanmaǧa ehtiyacı olanda Yonatanın həlimliyi və məhəbbəti necə təzahür olundu? (1 Şam. 23:17) (lv səh. 28, abz. 10, haşiyə).
10. Şaulun En-Dordakı cindar qadınla görüşündən özümüzə hansı dərsi götürürük? (1 Şam. 28:8—19) (w05 1.6. səh. 32, abz. 7).