Vilayət Konqresi — Yehovaya Sevinclə İbadət Etməyin Vaxtı
1. İsraildə keçirilən bayramlarla bizim günlərdə keçirilən vilayət konqresləri arasında hansı oxşarlıq var?
1 Yusif, Məryəm, onların uşaqları və digərləri hər il keçirilən bayramlarda iştirak etmək üçün müntəzəm olaraq Yerusəlimə gedirdilər. Həm onlar, həm də Allahın digər xidmətçiləri gündəlik problemlər haqqında düşünməyə çalışmır, əksinə, diqqətlərini həyatlarında daha vacib olan ruhani şeylərə cəmləyirdilər. Bayramlar Yehovanın xeyirxahlıǧı üzərində düşünməyə, bu haqda danışmaǧa və Onun Qanununu nəzərdən keçirməyə imkan verirdi. Qarşıdan gələn vilayət konqresimiz də bizə Yehovaya sevinclə ibadət etmək üçün eyni imkanı verəcək.
2. Qarşıdan gələn vilayət konqresi üçün hansı hazırlıqları görməliyik?
2 Hazırlaş. Nazaretdən Yerusəlimə gedib, geri qayıtmaq üçün İsanın ailəsi 200 kilometr yol qət etməli idi. İsanın neçə bacısı və qardaşı olduǧunu bilməsək də, hazırlaşmaq üçün Yusiflə Məryəmdən nə qədər səy tələb olunduǧunu təsəvvür edə bilərik. Bəs sən qarşıdan gələn vilayət konqresinin hər üç günündə iştirak etmək üçün lazımi hazırlıqlar görmüsənmi? Bunun üçün işdən məzuniyyət götürə və ya müdirlə söhbət edə bilərsən. Həmçinin uşaǧının müəlliminə həmin günlərdə onun dərsə gəlməyəcəyini də demək olar. Harada qalacaǧını düşünmüsənmi? Konqresdə iştirak etmək üçün xüsusi tələbatı olan bacı-qardaşlara kömək edə bilərsənmi? (1 Yəh. 3:17, 18).
3. İsraildə keçirilən bayramlar ruhlandırıcı ünsiyyətə necə imkan açırdı?
3 Ruhlandırıcı ünsiyyət. Yəhudilərin keçirdikləri bayramlar Allahın digər xidmətçiləri ilə ruhlandırıcı ünsiyyət etmək üçün necə də gözəl imkan idi! Şübhəsiz ki, İsanın ailəsi köhnə dostlarla bir yerdə olmaǧı səbirsizliklə gözləyirdilər. Həmçinin onların bayramda iştirak edənlər, Yerusəlimə gedib-gələn yəhudilər və prozelitlər arasından yeni dostlar tapmaq imkanı var idi.
4. Məsihçi qardaşlıǧımızı yüksək qiymətləndirdiyimizi necə göstərə bilərik?
4 Sadiq və aǧıllı qulun vilayət konqresindəki çıxışları çap olunmuş şəkildə təqdim etmək əvəzinə dinləmək üçün bizim bir yerə toplaşmaǧımızı təşkil etməsinin səbəblərindən biri də odur ki, bir-birimizi ruhlandıraq (İbr. 10:24, 25). Buna görə də hər üç gündə konqresə tez gəlməyi planlaşdır ki, proqramın sədri öz yerimizdə əyləşməyin vaxtı olduǧunu göstərən musiqinin səslənəcəyini elan edənədək başqaları ilə ünsiyyət edə biləsən. Fasilə zamanı nahar etmək üçün başqa yerə getmək əvəzinə, ətrafımızda olanlarla görüşüb söhbət etməkdən ötrü, xahiş olunur ki, özünüzlə yemək gətirib orada qalasınız. Məsihçi qardaşlıǧımız Yehovanın ənamı olduǧundan onu yüksək qiymətləndirməliyik (Mik. 2:12).
5. Proqramdan tam fayda əldə etməyə bizə nə kömək edə bilər?
5 Öyrənmək vaxtı. İsa gənc yaşlarından səmavi Atası haqqında öyrənmək üçün bayramlarda yaranan imkandan istifadə edirdi (Luka 2:41—49). Bəs proqramın hissələrindən tam fayda əldə etməyə bizə və ailəmizə nə kömək edəcək? Proqram zamanı yerindən durma və lazımsız yerə danışma. Mobil telefonunun, yaxud buna bənzər digər cihazların sənə və başqalarına mane olmasına yol vermə. Diqqətini natiqə cəmlə və qısa qeydlər et. Uşaqlarının da dinlədiyinə əmin olmaq üçün ailəlikcə bir yerdə əyləşin. Xoşunuza gələn fikirləri bir yerdə araşdırmaq üçün axşamçaǧı vaxt ayırın.
6. Geyim və xarici görünüşlə baǧlı nəyi yadımızda saxlamalıyıq?
6 Geyim və xarici görünüş. İsanın ailəsinin və Allahın digər yəhudi xidmətçilərinin bayrama getdiklərini və gəldiklərini yolda görən başqa xalqdan olan ticarətçilər onları asanlıqla tanıya bilərdi. Çünki onların paltarlarının ətəklərində qotaz, qotazın üzərində isə bənövşəyi qaytan olurdu (Say. 15:37—41). Bu gün biz xüsusi paltar geyinməsək də, sadə, səliqəli və təmiz geyimimizlə tanınırıq. Konqresə gedib-gələrkən və konqres keçirilən şəhərdə olduǧumuz müddətdə xarici görünüşümüzə xüsusilə fikir verməliyik. Hətta konqres proqramından sonra paltarımızı dəyişsək də, geyimimiz Yehovaya izzət gətirməli və plaketləri taxmalıyıq. Belə etsək, biz Yehovanın Şahidi olmayan insanlardan fərqlənəcək və bizi müşahidə edənlərə xoş təəssürat baǧışlayacaǧıq.
7. Nəyə görə biz konqresdə könüllü işləmək haqqında düşünməliyik?
7 Könüllülər. Konqresin yaxşı keçməsi üçün çoxlu işçilərə ehtiyac olur. Sən könüllü olaraq kömək edə bilərsənmi? (Məz. 110:3). Konqresdə etdiyimiz istənilən iş müqəddəs xidmətimizin bir hissəsi sayılır və bununla gözəl şahidlik verilir. Bir konqresin keçirildiyi yerin müdirinə oranı təmizləyən könüllülər böyük təəssürat oyatdıǧından o demişdi: «Bu tədbirə görə sizə çox minnətdaram. İndiyədək burada belə tədbir olmayıb. Yehovanın Şahidlərinin başqalarından fərqləndiyini çox eşitmişəm. Onlar görüşlərinin keçirildiyi yerləri əvvəlkindən daha təmiz saxlamaları ilə çoxdandır ki tanınırlar. Həm siz, həm də təşkilatınız bu yeri başqaları üçün daha da gözəl etdiniz. Siz indiyədək tanış olduǧumuz insanlardan ən xeyirxahısınız və sizi tanıdıǧımıza görə çox məmnunuq».
8. Konqres keçirilən şəhərdə olduǧumuz müddətdə şahidlik vermək üçün hansı imkanımız yarana bilər?
8 Şahidlik vermək üçün imkan. Konqres keçirilən şəhərdə bir çox insanlar bizim geyimimizə və xarici görünüşümüzə, eləcə də taxdıǧımız plaketlərə fikir verəcəklər. Ehtimal ki, bu, onlarda maraq oyadacaq və onlara konqres haqqında danışmaǧa imkanımız yaranacaq. Dördyaşlı oǧlan konqresdən sonra yenicə təqdim olunan ədəbiyyatın bir nüsxəsini restorana gətirdi və orada ofisiant qadına göstərdi. Bunun sayəsində onun valideynləri qadını konqresə dəvət edə bildilər.
9. İsanın ailəsi kimi biz də Yehovanın hazırladıǧı ruhani ziyafəti necə qiymətləndirə bilərik?
9 Keçmişdə keçirilən bayramlar Yehova haqqında daha çox öyrənmək istəyən yəhudilərin səbirsizliklə gözlədiyi sevindirici hadisə idi (Qanun. t. 16:15). İsanın ailəsi bayramlarda iştirak etmək və ondan tam fayda əldə etmək üçün əllərindən gələni etməyə hazır idi. Biz də vilayət konqreslərini eyni cür qiymətləndirir və onlara bizi sevən səmavi Atamızın bir ənamı kimi baxırıq (Yaq. 1:17). Yehovaya sevinclə ibadət etmək üçün hər il yaranan bu imkandan istifadə etmək istəyiriksə, artıq indidən hazırlaşmalıyıq!