Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2011-ci il fevralın 28-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Məktəbin nəzarətçisi 2011-ci il yanvarın 3-dən başlanan həftədən fevralın 28-dən başlanan həftəyədək Teokratik Xidmət Məktəbində keçilən materialın 20 dəqiqəlik müzakirəsini keçirəcək.
1. Xizqiya taxta çıxanda hansı işi görməyə başladı və biz onu necə təqlid edə bilərik? (2 Saln. 29:16—18) (w09 15.6, s. 9, abz. 13).
2. 2 Salnamələr 36:21 ayəsi Yeremya 25:8—11 ayəsindəki peyğəmbərliyin yerinə yetdiyini necə göstərir? (w06-U 15.11, s. 32, abz. 1—4).
3. Yerusəlimin 70 il viranəlik dövrünün məhz təyin olunmuş vaxtda sona yetdiyini Ezra 3:1—6 ayəsi necə təsdiq edir? (w06 1.1, s. 11, abz. 3 [w06-U 15.1, s. 19, abz. 2]).
4. Nəyə görə Ezra ətraf xalqlardan olan insanlarla nikah haqqında eşidəndə dəhşətə gəldi? (Ezra 9:1—3) (w06 1.1, s. 11, abz. 3 [w06-U 15.1, s. 20, abz. 1]).
5. Nehemya 3:5 ayəsində adı çəkilən Teqoa «əsilzadələri» kimlərdir və onlara xas olan hansı düşüncə tərzindən qaçınmalıyıq? (w06 1.2, s. 10, abz. 1; w86-U 15.7, s. 10).
6. Vali Nehemya yığıncaqda nəzarətçilərə necə nümunə ola bilər? (Neh. 5:14—19) (bsi06 s. 8, abz. 16).
7. Nehemyanın günlərindəki israillilərdən fərqli olaraq «Allahımızın məbədinin» qayğısına etinasız yanaşmaqdan necə qaçına bilərik? (Neh. 10:32—39) (w98-U 15.10, s. 21, 22, abz. 12).
8. Nehemyanın düşüncə tərzinin üzərində düşünməklə özümüzə hansı sualları verə bilərik? (Neh. 13:31) (w96-U 15.9, s. 16, abz. 3).
9. Ester Axaşveroş padşahla əxlaqsızlıq etmişdimi? (Est. 2:14—17) (w06 1.3, s. 9, abz. 3).
10. Mordokay nəyə görə Hamana baş əymirdi? (Est. 3:2, 4) (w06 1.3, s. 9, abz. 4).