Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2011-ci il iyunun 27-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Məktəbin nəzarətçisi 2011-ci il mayın 2-dən başlanan həftədən iyunun 27-dən başlanan həftəyədək Teokratik Xidmət Məktəbində keçilən materialın 20 dəqiqəlik müzakirəsini keçirəcək.
1. Yehovanın Əyyubdan Ona qarşı günah işlədənlərə görə dua etməyi buyurmasından nə öyrənə bilərik? (Əyy. 42:8) (w98-U 15.8. s. 30, abz. 5).
2. Məsihçilər hansı «salehlik qurbanlarını» gətirirlər? (Məz. 4:5) (w06 1.6. s. 8, abz. 9 [w06-U 15.5. s. 18, abz. 9]).
3. Davudun vicdanı və ya böyrəkləri ona necə ağıl öyrədə bilərdi? (Məz. 16:7, YD) (w05 3.1. s. 23, abz. 9 [w04-U 1.12. s. 14, abz. 9]).
4. Göylər Allahın əzəmətini necə «bəyan edir»? (Məz. 19:1) (w04 1.12. s. 20, abz. 8 [w04-U 1.10. s. 10, abz. 8]).
5. Məzmur 27:14 ayəsi ümidlə cəsarətin arasında hansı bağlılığın olduğunu göstərir? (w06 1.10. s. 29, abz. 3, 6 [w06-U 1.10. s. 26, 27, abz. 3, 6]).
6. Məzmur 37:21 ayəsindəki fikir qardaşlar arasındakı münasibətlərə necə təsir etməlidir? (w89-U 1.15. s. 17, abz. 8).
7. Sürgündə olan levilinin nümunəsindən hansı ibrət dərsini götürə bilərik? (Məz. 42:1—3) (w06 1.6. s. 30, abz. 10 [w06-U 1.6. s. 9, abz. 3]).
8. Salehliyə qarşı məhəbbət, pisliyə qarşı isə nifrət inkişaf etdirməkdə bizə nə kömək edə bilər? (Məz. 45:7) (cf-U s. 58, 59, abz. 8—10).
9. Allahın mövcudluğunu danan adam hansı mənada ‘axmaqdır’? (Məz. 53:1) (w06 1.6. s. 31, abz. 7 [w06-U 1.6. s. 9, abz. 11]).
10. Nəyin sayəsində biz Allahın evində yaşıl zeytun ağacına bənzəyə bilərik? (Məz. 52:8) (w00-U 15.5. s. 29, abz. 6).