Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/11 s. 2
  • Uşaqlarınız hazırdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşaqlarınız hazırdır?
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Çoxsaylı çətinliklərin öhdəsindən gəlməkdə övladlarınıza kömək edin
    Gözətçi qülləsi 2010
  • Məktəbdə şahidlik etməyə hazırsanmı?
    Müqəddəs ibadətimiz 2009
  • Ailə səadəti (II hissə)
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Valideynlər, uşaqlarınıza Yehovanı sevməyi öyrədin
    Gözətçi qülləsi 2019
Əlavə
Müqəddəs ibadətimiz 2011
km 7/11 s. 2

Uşaqlarınız hazırdır?

1. Məktəblilər nəyə hazır olmalıdırlar?

1 Artıq növbəti dərs ili yaxınlaşır. Sözsüz, uşaqlarınız yeni çətinliklərlə və təzyiqlərlə üzləşəcəklər. Həmçinin onların «həqiqətə şəhadət etmək» üçün yeni imkanları yaranacaq (Yəh. 18:37). Onlar buna hazırdırlarmı?

2. Hazır olmaq üçün uşaqlarınız nəyi bilməlidirlər?

2 Uşaqlarınız milli mərasimlərdə və bütpərəst bayramlarda iştirak etməyin nə məna daşıdığını və bunun nəyə görə səhv olduğunu aydın başa düşürlərmi? Onlar ali təhsil almaq, kiminləsə görüşmək, spirtli içkilərdən və narkotikdən istifadə etməklə bağlı qarşılaşacaqları təzyiqlərə hazırdırlarmı? Hansısa hərəkətin onların dininə zidd olduğunu deyə bilərlərmi? Yaxud da öz etiqadlarını necə izah edəcəklərini bilirlərmi? (1 Pet. 3:15).

3. Valideynlər ailəvi ibadət axşamından necə yararlana bilərlər?

3 Ailəvi ibadət zamanı. Əlbəttə, ola bilsin, siz dərs ili boyunca yaranan problemləri müzakirə edəcəksiniz. Məktəbdə yarana biləcək problemləri qabaqcadan götür-qoy etmək üçün xüsusi səy göstərsəniz, məktəbə gedəndə övladınız özünü daha əmin hiss edəcək. Nəyə görə bir və ya bir neçə ailəvi ibadət axşamını bu kimi məsələlərin müzakirəsinə həsr etməyəsiniz? Uşaqlardan məktəbə gedəndə ən çox nə ilə üzləşməkdən qorxduqlarını soruşa bilərsiniz. Ötən illərdə müzakirə etdiyiniz mövzuları yenidən nəzərdən keçirmək olar, çünki indi uşaqlar bir az böyüyüblər və çox şeyi başa düşürlər (Məz. 119:95). Müzakirələrinizə səhnəciklər də daxil edə bilərsiniz və siz orada müəllimi, hazırlıq müəllimini və ya sinif yoldaşlarından birini oynaya bilərsiniz. Uşaqlarınıza Müqəddəs Kitab vasitəsilə cavab verməyi, həmçinin «Mülahizə» (rus.) və «Gənclərin sualları» (rus.) kimi vəsaitlərdən istifadə etməyi öyrədin. Bir valideyn uşaqlarına hər dərs ilinin başlanğıcında yeni müəllimlərinə necə yaxınlaşmağı və Yehovanın Şahidi olduqlarını necə deməyi səhnəcik vasitəsilə öyrədirdi. («Gözətçi Qülləsi»nin 2010-cu il 15 dekabr sayının 3—5-ci səhifələrinə baxın.)

4. Uşaqlarına kömək etmək üçün müdrik valideynlər nə edəcəklər?

4 Axır günlərdə məsihçi gənclərin qarşılaşdıqları çətinliklər get-gedə çoxalır (2 Tim. 3:1). Müdrik valideynlər yarana biləcək problemləri sezəcək və uşaqlarını onlara hazırlamağa çalışacaqlar (Sül. məs. 22:3). Dərs ili başlamamışdan qabaq övladınıza kömək etmək üçün əlinizdən gələni edin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş