Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/12 s. 1
  • Effektiv təqdimələrdən istifadə et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Effektiv təqdimələrdən istifadə et
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • Mənim sözümə sadiq qalın
    Gözətçi qülləsi 2003
  • Maraqlanan insana jurnalların köhnə buraxılışlarını və ya istənilən broşüranı təklif et
    Müqəddəs ibadətimiz 2011
  • «Hər cür adam»a təbliğ et
    Müqəddəs ibadətimiz 2012
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2011
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 9/12 s. 1

Effektiv təqdimələrdən istifadə et

1. Erkən məsihçilərin təbliğ etmək üsullarından nə öyrənə bilərik?

1 Erkən məsihçilər xoş xəbəri müxtəlif mədəniyyətlərdən və dinlərdən olan insanlara təbliğ edirdilər (Kolos. 1:23). Onların çatdırdıqları xəbər bir şey haqda — Allahın Padşahlığı haqda olsa da, təbliğ etmək üsulları onları dinləyən insanlara görə dəyişirdi. Məsələn, Müqəddəs Yazılara dərin hörmət bəsləyən yəhudilərlə söhbət edərkən Peter nitqinə Yoelin peyğəmbərliyindən sitat gətirərək başlamışdı (Həv. iş. 2:14—17). Yaxud da Həvarilərin işləri 17:22—31 ayələrində yazıldığı kimi, Pavelin yunanlılarla necə söhbət etdiyinə diqqət yetirmək olar. Bu gün də bəzi yerlərdə insanlar Müqəddəs Kitaba hörmətlə yanaşırlar, buna görə də evdən-evə təbliğ edərkən tərəddüd etmədən ona istinad edə bilərik. Ancaq Müqəddəs Kitaba və ya dinə marağı olmayan, yaxud xristian dininə mənsub olmayan kəslərlə söhbət edərkən daha ehtiyatlı olmalıyıq.

2. Müqəddəs Kitaba maraq göstərənlərə və göstərməyənlərə kömək etmək üçün ədəbiyyatlardan necə istifadə edə bilərik?

2 Ədəbiyyatlardan effektiv şəkildə istifadə et. Bu xidmət ilində təqdim edəcəyimiz ədəbiyyatlar hər iki aydan bir dəyişdiriləcək və jurnallara, traktatlara, eləcə də broşüralara diqqət yetiriləcək. Hətta, adətən, ərazimizdə insanlar Müqəddəs Kitaba maraq göstərməsələr də, biz onları maraqlandıran şeylər barədə danışa bilərik. İlk başçəkmədə ayə oxumamaq və ya Müqəddəs Kitaba istinad etməmək olar. Ancaq ev sahibi maraq göstəribsə, biz ona təkrar baş çəkib Yaradana və Onun Kəlamına imanını artıra bilərik. İnsanların Müqəddəs Kitaba hörmət etdiyi bir ərazidə xidmət ediriksə, biz ədəbiyyatlardan və onlara müvafiq təqdimələrdən istifadə edə bilərik. Əslində, həmin ay hansı ədəbiyyatın təqdim olunmasından asılı olmayaraq, biz Müqəddəs Kitabı öyrənmək üçün nəzərdə tutulan kitabı, «Allahın sözünə qulaq as» və ya «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşüralarını istənilən zaman təklif edə bilərik. Ən vacibi, səmərəli təqdimələrdən istifadə etməkdir.

3. İnsanların ürəyi hansı mənada torpağa bənzəyir?

3 Zəmin hazırlayın. İnsan ürəyi ilə torpaq arasında çox oxşarlıq var (Luka 8:15). Elə torpaq var ki, Müqəddəs Kitabın həqiqət toxumunun kök salıb böyüməsi üçün onu yaxşı-yaxşı hazırlamaq lazımdır. Birinci əsrdəki müjdəçilər səmərəli şəkildə hər cür torpağı əkib-becərirdilər. Bu da onlara sevinc və məmnunluq gətirirdi (Həv. iş. 13:48, 52). Təbliğ etmək üsullarımıza diqqət yetirməklə eynilə biz də sevinc dada bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş