Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/11 s. 2
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Nəşrlərimizin qədrini bilin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatımızdan müdrikliklə istifadə et
    Müqəddəs ibadətimiz 2005
  • Çoxdilli ərazidə ədəbiyyat paylayırıq
    Müqəddəs ibadətimiz 2003
  • Onlar hansı vəziyyətdədirlər?
    Müqəddəs ibadətimiz 2011
Müqəddəs ibadətimiz 2011
km 12/11 s. 2

Suallar qutusu

◼ Maraqlanana ədəbiyyat verib-verməyəcəyimizi necə təyin edə bilərik?

Başlıca faktor insanın maraqlanmasıdır. Əgər təbliğ etdiyimiz insan səmimi maraq göstərirsə, ona jurnal, broşüra, kitab və ya digər ədəbiyyatlar vermək olar. İnsanın ümumdünya işinə ianə etməyə pulu az və ya heç olmadığı təqdirdə də ona ədəbiyyat saxlaya bilərik (Əyy. 34:19; Vəhy 22:17). Digər tərəfdən, biz dəyərli ədəbiyyatlarımızı onu qiymətləndirməyən insanlara verməyəcəyik (Mat. 7:6).

Həmsöhbətimizin maraqlandığını necə müəyyən etmək olar? Onun təkrar görüşə razılıq verməsi maraqlandığına bir əlamətdir. Biz danışarkən diqqətlə qulaq asması, suallara cavab verməsi və müzakirə zamanı fikrini ifadə etməsi də onun maraqlandığından xəbər verir. Müqəddəs Kitabdan ayə oxuyarkən diqqətlə izləməsi Allahın Kəlamına hörmət etdiyini göstərir. Adətən, verdiyimiz ədəbiyyatı oxuyub-oxumayacağını soruşmaq faydalı olur. Təbliğçi insanın maraqlanıb-maraqlanmadığını ayırd etməyi bacarmalıdır. Misal üçün, küçədə təbliğ edərkən ədəbiyyatları ucdantutma hamıya paylamaq düzgün olmazdı. Əgər ayırd etmək çətindirsə, dəvətnamə və ya traktat vermək daha yaxşı olardı.

Eynilə, təbliğçi ədəbiyyatlara cavabdeh olan qardaşdan ədəbiyyat alarkən ianə etdiyi məbləğə uyğun yox, konkret xidmətdə ona lazım olan qədər götürməlidir. Unutmaq lazım deyil ki, ianələr təkcə ədəbiyyatlara yox, həmçinin ümumdünya təbliğ işinin bütün sahələrini dəstəkləmək üçün sərf olunur. Maddi imkanlarımızdan asılı olmayaraq, minnətdarlıq hissi bizi israfçılıq etmədən Padşahlığın maraqlarını dəstəkləmək üçün könüllü olaraq bol-bol verməyə təşviq edəcək (Mark 12:41—44; 2 Kor. 9:7). Bu o deməkdir ki, biz ədəbiyyatları yalnız bizə lazım olan qədər götürürük, teokratik resursları talamırıq.

[2–ci səhifədəki yazı]

Təbliğçi insanın maraqlanıb-maraqlanmadığını ayırd etməyi bacarmalıdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş