Onlar hansı vəziyyətdədirlər?
Yaxşı olardı ki, xidmətdə təqdim etməyə hazırlaşdığımız ədəbiyyatların hər bir vərəqi barədə düşünək və özümüzə sual verək: onlar hansı vəziyyətdədirlər? Ədəbiyyatın əzik-üzük, rəngi solmuş, çirkli və ya cırıq vəziyyətdə olması təşkilatımız haqqında pis təəssürat oyadacaq, bu da ev sahibinin diqqətini gözəl, xilasedici xəbərdən yayındıra bilər.
Nəşrlərimizi necə səliqəli saxlaya bilərik? Çoxları əmin olmuşlar ki, təbliğ çantalarında ədəbiyyatları ayrı-ayrı yığmaq daha yaxşıdır. Məsələn, onlar kitabları, jurnalları, broşüraları, hətta traktatları ayrı-ayrı qoyurlar. Hər dəfə söhbət etdikdən sonra Müqəddəs Kitabı və istifadə etdikləri hər bir ədəbiyyatı ehmalca öz yerinə qoyurlar ki, əzilməsin. Bəzi təbliğçilər isə ədəbiyyatlarını kağız qovluqlara və ya sellofan paketlərə qoyurlar. Hansı üsuldan istifadə etməyimizdən asılı olmayaraq, istəməzdik ki, əzik-üzük ədəbiyyat verməklə kimlərinsə xidmətimizdə qüsur tapmasına əsas verək (2 Kor. 6:3).