Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/03 s. 4
  • Çoxdilli ərazidə ədəbiyyat paylayırıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Çoxdilli ərazidə ədəbiyyat paylayırıq
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Əcnəbilərə təbliğ etməliyik
    Müqəddəs ibadətimiz 2009
  • Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatımızdan müdrikliklə istifadə et
    Müqəddəs ibadətimiz 2005
  • Əgər sizə dərhal xarici dildə ədəbiyyat lazımdırsa
    Müqəddəs ibadətimiz 2010
  • Ev sahibi başqa dildə danışanda
    Müqəddəs ibadətimiz 2008
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 7/03 s. 4

Çoxdilli ərazidə ədəbiyyat paylayırıq

1. Bir çox yığıncaqlara nəyə görə əcnəbi dildə olan ədəbiyyatlar lazımdır?

1 Bir çox yerlərdə xidmət zamanı təbliğçilər başqa dillərdə danışan insanlara tez-tez rast gəlirlər. Onlardan əksəriyyəti bizim nəşrləri öz ana dillərində oxuyanda daha yaxşı başa düşürlər. Həqiqətə maraq göstərən insanlar daha yaxşı başa düşdükləri dildə olan Müqəddəs Kitab nəşrlərini necə əldə edə bilərlər?

2. Bir ərazidə müxtəlif dillərdə danışan insanlara təbliğ edən iki və ya üç yığıncaq necə əməkdaşlıq etməlidir?

2 Ədəbiyyatın paylanması. Bir ərazidə müxtəlif dillərdə danışan insanlara iki və ya üç yığıncaq təbliğ edirsə, bu yığıncaqların ağsaqqallar şurasının əməkdaşlıq etməsi vacibdir. Onlar xidməti nəzarətçilərin vasitəsilə həm yığıncaqlara əlverişli olan tərzdə, həm də müxtəlif dildə danışan insanlara əsaslı surətdə şahidlik etmə üçün təbliğ xidməti görüşləri təşkil edirlər. Evdən-evə təbliğ edərkən, təbliğçilər bir qayda olaraq başqa yığıncağın (yığıncaqların) danışdığı dildə ədəbiyyat paylamırlar. Lakin təbliğçilər ictimai yerlərdə qeyri-rəsmi surətdə şahidlik edən zaman müxtəlif dillərdə ədəbiyyat paylaya bilərlər. (“Bizim Padşahlıq Xidmətimiz”in 1991-ci il may sayında (rus.) “Suallar qutusu”na bax.)

3. Yığıncaq hansı hallarda başqa dildə olan ədəbiyyat ehtiyatı əldə etməlidir?

3 Ədəbiyyat ehtiyatı. Əgər sizin ərazidə başqa dildə danışan insanların sayı çoxdursa, lakin bu dildə təbliğ edən yığıncaq yoxdursa nə etmək olar? Belə olan halda həmin dildə olan əsas ədəbiyyatlardan, məsələn, traktatlardan, “Allah tələb edir” və “Allahın dostu” broşüralarından, həmçinin “Bilik” kitabından kiçik ehtiyat təşkil etmək olar. Təbliğçilər bu dildə oxuyan adamlara rast gələndə onlara həmin ədəbiyyatlardan təklif edə bilərlər.

4. Əgər yığıncaqda başqa dildə ədəbiyyat yoxdursa, onu necə əldə etmək olar?

4 Ədəbiyyat sifarişi. Yığıncaqda maraqlanan adamın oxuduğu dildə ədəbiyyat yoxdursa onu necə əldə etmək olar? Təbliğçi və ədəbiyyatlara cavabdeh olan qardaş həmin dildə mövcud olan nəşrlərin siyahısını yoxlamalı və lazım olan ədəbiyyatları növbəti sifariş zamanı sifariş etməlidir.

5. Məsihçi nəşrlərini paylayarkən nəyə nail olmaq istəyirik?

5 Gəlin məsihçi nəşrlərindən səmərəli surətdə istifadə edək ki, hansı dildə danışmalarından asılı olmayaraq ‘bütün insanların xilas olaraq həqiqəti dərk etmələrinə’ kömək edək (1 Tim. 2:3, 4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş