Əcnəbilərə təbliğ etməliyik
1. Ərazimizdə təbliğ edərkən hansı imkan yaranır?
1 İsa Məsih qabaqcadan demişdi ki, xoş xəbər «xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır». Təbliğ və təlim işində iştirak edən hər bir xidmətçi bu sözlərin nə qədər vacib olduğunu dərk edir (Mat. 24:14; 28:19, 20). Təbliğ və şagird hazırlamaq işini icra edəndə başqa dildə danışan insanlarla rastlaşa bilərik. Yehovanın qorxunc günü gəlməzdən əvvəl onların da Padşahlıq xəbərini eşitməyə və həqiqətdən möhkəm yapışmağa haqqı var (Mal. 3:18). Bəs ərazimizdə olan əcnəbilərə necə təbliğ edə bilərik?
2. Başqa dildə danışan insanlara təbliğ edərkən Yehovanı necə təqlid edə bilərik?
2 Yehovanın əcnəbilərə qarşı münasibətini əks etdir. Biz üzgörənlik etmədən sahəmizdə olan hər kəsə qarşı Yehovanın məhəbbətini əks etdirməliyik. Bunun üçün hansı dildə danışmalarından asılı olmayaraq, həqiqi Allah Yehovanın dəqiq biliyini öyrənməkdə insanlara kömək etməyi ürəkdən arzulamalıyıq (Məz. 83:18; Həv. iş. 10:34, 35). Diqqətimizi əsasən aid olduğumuz yığıncağın dilində danışan insanlara yönəltsək də, başqa dildə danışanların da tələbatlarına qarşı diqqətli olmalı və Allahın Padşahlıq xəbərini onlarla bölüşməyin yollarını axtarmalıyıq. Başqa dildə danışan insana yuxarıdan aşağı baxmaq Yehovanın bütün xalqlara şəhadətlik verilməsi ilə bağlı niyyətinə ziddir. Bəs onda bu insanlara necə kömək edə bilərik?
3. Əlimizdə hansı faydalı vəsait var və ondan istifadə etməyə necə hazırlaşa bilərik?
3 «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasından istifadə et. Bu broşüra bizimlə eyni dildə danışmayan insanlarla qarşılaşanda istifadə etməyimiz üçün nəzərdə tutulub. Onu həmişə özünlə götürürsənsə, bu broşüranın müxtəlif səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış ol və ondan istifadə etməyə hazır ol. İlk növbədə, ərazinizdə qarşılaşdığın müxtəlif dilləri qeyd et. Əgər bu dillərdə ədəbiyyat əldə etmək mümkündürsə, broşüra vasitəsilə insanla xoş xəbəri bölüşdükdən sonra ona bir neçə ədəbiyyat vermək yaxşı olardı.
4. «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasını xidmətdə necə istifadə edə bilərik?
4 Əgər xidmətdə başqa dildə danışan insanla qarşılaşırsansa və onun hansı dildə danışdığını bilmirsənsə, onda broşüranın üz qabığını ona göstər. Onun hansı ölkədən olduğunu öyrənmək üçün broşüranın üz qabığının içəri səhifəsinə çevir və orada təsvir olunan dünyanın xəritəsini ona göstər. Bu, ev sahibinə göstərəcək ki, sən onun haradan olduğunu və hansı dildə danışdığını bilmək istəyirsən. Sonra isə, mündəricata nəzər sal, müvafiq səhifəni tap, ev sahibinin diqqətini səhifənin üst tərəfində qara hərflərlə yazılmış cümləyə yönəlt və sonra oradakı məlumatı oxumasını istədiyini bildir. Oxuyub qurtarandan sonra ev sahibinə ya həmin dildə traktat ver, ya da onun diqqətini ədəbiyyat gətirmək üçün yenidən gələcəyini bildirən boz rəngdə olan cümləyə yönəlt. Sonra isə qara hərflərlə yazılmış «mənim adım» ifadəsini göstər və adını aydın şəkildə söylə. «Sizin adınız» ifadəsinə də diqqət yetir və ev sahibinin cavabını gözlə. Növbəti başçəkmə üçün dəqiq qeydlər et.
5. Həqiqətlə səmimi maraqlanan əcnəbilərə daha necə xüsusi diqqət göstərə bilərik?
5 Baş çəkmək üçün tədbirlər gör. Maraqlanan insanlara Padşahlıq xəbərini öz ana dillərində çatdırmaq üçün hər bir üsuldan istifadə etməliyik. İlk əvvəl biz onlarda Allaha və Onun Kəlamına, Müqəddəs Kitaba maraq oyatmalı, «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankını doldurmalı və bu blankı dərhal yığıncağın katibinə verməliyik ki, o da öz növbəsində, onu filiala göndərsin. Bunun sayəsində maraqlanan kəsə onun dilində danışan təbliğçi baş çəkə bilər. Sonra isə filial blankı həmin dildə danışan müvafiq qrupa göndərəcək. Bu blank həmin qrupa çatanda maraqlanan kəsə təxirəsalınmadan baş çəkiləcək. Katib blankın bir nüsxəsini xidməti nəzarətçiyə verə bilər ki, həmin dil qrupuna aid olan maraqlanan kəs haqqında onun məlumatı olsun. Bu blankdan yalnız insan həqiqətən maraq göstərdiyi təqdirdə istifadə edilməlidir.
6. Həqiqətə maraq göstərən əcnəbilərlə qarşılaşarkən üzərimizə hansı məsuliyyət düşür?
6 S-43 blankı göndərildiyi vaxtdan maraqlanan adamla eyni dildə danışan təbliğçinin ona baş çəkəcəyi vaxta qədər müəyyən müddət keçə bilər. Buna görə də S-43 blankını dolduran təbliğçi bu vaxt ərzində onun marağını artırmağa davam edə bilər. Bəzi hallarda maraqlanan kəslə Müqəddəs Kitab öyrənməsi keçirmək olar. Ancaq bunu müvafiq təbliğçi onunla əlaqə saxlayanadək etmək olar. Bəs təbliğçi maraqlananın ana dilində ədəbiyyatı haradan əldə edə bilər?
7. Qarşılaşa biləcəyimiz dillərdə ədəbiyyat əldə etməyimiz üçün hansı vəsait var?
7 Başqa dillərdə ədəbiyyat. Yığıncaqların ehtiyatında başqa dillərdə olan çoxlu sayda ədəbiyyat olmamalıdır. Amma bizim ərazimizdə həqiqətə maraq göstərən insanın ana dilində qrup və ya yığıncaq yoxdursa, onda xidməti nəzarətçi təbliğçilərin istifadə etməsi üçün yığıncağın ehtiyatında bu dildə lazımi sayda ədəbiyyatın olmasının qayğısına qala bilər. Əgər yığıncaqda həmin dildə ədəbiyyat yoxdursa, bu zaman sifariş etmək olar. Sifariş olunan ədəbiyyat gələnədək müəyyən vaxt keçə bilər. Buna görə də təşkilatın rəsmi saytından (www.watchtower.org) ədəbiyyatın nüsxəsini çıxarmaq olar. Orada təbliğçilərin və maraqlananların istifadə edə biləcəkləri yüzlərlə dildə çoxlu ədəbiyyatlar yerləşir. Şübhəsiz, bu vəsaitin köməyi ilə müxtəlif dillərdə danışan insanların marağını artıracağıq.
8. Başqa dildə danışanın marağının artırılmasında yığıncaq hansı rolu oynayır?
8 Yığıncağın rolu. Bəzi hallarda xarici dildə danışan insanların sayının çox olduğu ərazinin yaxınlığında həmin dildə yığıncaq keçirilmir. Buna görə də həqiqətlə maraqlanan əcnəbiləri öz yığıncağımıza dəvət etməliyik. Bu insanları səmimi qarşılamaqla və şəxsən maraqlanmaqla onları müntəzəm olaraq yığıncaq görüşlərinə gəlməyə təşviq edə bilərik. İlk əvvəl dil və mədəniyyət səddi yarana bilər, lakin Yehovanın Şahidlərinin ümumdünya təşkilatında həqiqi məsihçilərin məhəbbətinə heç bir sədd mane ola bilməz (Sef. 3:9; Yəh. 13:35). Başqa dildə səlis danışa bilirsənmi? Cavabın müsbətdirsə və həmin dildə danışanlara baş çəkə bilərsənsə, onda bu haqda yığıncağın katibinə xəbər ver ki, o da öz növbəsində, məlumatı filiala çatdıra bilsin. Filial maraqlanan kəslə əlaqə saxlaya biləcək təbliğçi axtaranda bu məlumatın böyük köməyi olacaq.
9. Dil öyrənmə kursları nə vaxt təşkil oluna bilər və buna necə yanaşılmalıdır?
9 Dilin tədrisi. Müəyyən dildə danışan insana edə biləcəyimiz ən yaxşı kömək onu öz ana dilində olan yığıncaqda (əgər yaxınlıqda varsa) iştirak etməyə təşviq etməkdir. Lakin bu, mümkün olmayanda bəzi təbliğçilər başqa dil öyrənmək qərarına gəlirlər, bunun da sayəsində maraqlanan kəslərə daha yaxşı kömək etmək mümkün olur. Əgər yaxınlıqda hansısa dildə yığıncaq yoxdursa, həmçinin bu dildə danışan mühacirlərin və yerli əhalinin sayı çoxdursa, onda filial dil kursları təşkil etmək qərarına gələ bilər. Belə olan halda, filial yaxınlıqda olan yığıncaqlara göstəriş verə bilər ki, dil kurslarının keçiriləcəyi haqda elan etsinlər. Bu kurslarda iştirak edənlər qarşılarına həmin dildə danışan insanlara təbliğ etmək üçün qrupa və ya yığıncağa keçmək məqsədini qoymalıdırlar.
10. Əcnəbidilli qrup nə vaxt təşkil oluna bilər və qərar necə verilməlidir?
10 Qrupun təşkil olunması. Müəyyən dildə qrup təşkil edərkən dörd əsas tələb nəzərə alınmalıdır. 1) Həmin dildə danışan insanlar tərəfindən kifayət qədər maraq göstərilməlidir. 2) Təbliğçilərin az bir hissəsi bu dili bilməli və ya öyrənməlidir. 3) Münasib ağsaqqal, yaxud xidməti köməkçi həftədə ən azı bir dəfə həmin dildə olan yığıncaq görüşünə nəzarət etməli və keçirməlidir. 4) Ağsaqqallar şurası qrup təşkil etməyə hazır olmalıdır. Bu tələblərə düşünülmüş şəkildə riayət olunanda ağsaqqallar şurası filiala qrup haqqında məlumat verir və yığıncağın rəsmi olaraq əcnəbidilli qrup təşkil etməsi üçün icazə alırlar. («Təşkil olunmuşuq» kitabının 106, 107-ci səhifələrinə (rus.) bax.) Ağsaqqal və ya xidməti köməkçi nəzarət etməlidir ki, qrup nəzarətçisi və ya xidmətçisi qrupun qayğısına qalmaq işinə məsuliyyətlə yanaşsın.
11. Ərazimizdəki əcnəbilərə təbliğ etmək nəyə görə bu qədər şərəflidir?
11 Ərazimizdə olan əcnəbilərə təbliğ etmək nümunəmiz olan İsa Məsihin başladığı və hal-hazırda bütün dünyada həyata keçirilən təbliğ işinin vacib hissəsidir. Gəlin bizə düşən işi səylə yerinə yetirməklə yanaşı, Yehovanın millətləri necə silkələdiyinə və könüllü olaraq Özünə cəlb etdiyinə baxaq (Haq. 2:7). Bu işdə həmimanlılarımızla tam şəkildə əməkdaşlıq etmək necə də məmnunedicidir! Qoy Yehova yığıncağımızın ərazisində olan əcnəbilərə təbliğ etmək üçün göstərdiyimiz birgə səyləri xeyir-dualandırsın! Gəlin həmişə yadda saxlayaq ki, dildə olan səddlərə rəğmən, Allah həqiqəti insanların ürəyində böyüdə bilər (1 Kor. 3:6-9).