«Gənclərin sualları. Həyatımı nəyə həsr edim?» (I hissə)
Gənclər yetkinlik yaşına çatanda vacib qərarlar verməli olurlar. Bu sahədə onlara «Gənclərin sualları. Həyatımı nəyə həsr edim?» videofilmi kömək edəcək. Əsas menyuda «Film» düyməsini seç və 2-ci abzasda gətirilən sualların cavabını tapmağa çalış. Sonra əsas menyuda «Müsahibələr» düyməsini, daha sonra isə «Keçmişi xatırlayaraq» düyməsini seçərək 3-cü abzasdakı sualların cavablarını tapmağa çalış.
Film. 1) Timoteyin vəziyyəti ilə bugünkü məsihçi gənclərin vəziyyəti arasında hansı oxşarlıq var? 2) İdmanda karyera qurması üçün Andreyə kim tərəfindən təzyiq göstərilirdi? 3) Flaysiq qardaş Andreyə a) özünü Yehovaya və idmana həsr etmək (Mat. 6:24), b) həqiqi xoşbəxtliyin mənbəyi, c) həbs düşərgəsindəki mis kasasının ona nəyi xatırlatdığı, d) şəkildə onunla və həyat yoldaşı ilə birlikdə olan insanlar, e) məqsədlərindən imtina etdiyi üçün peşman olub-olmadığı (Filip. 3:8) barədə nələri danışdı? 4) Andrenin: «Məşhur qaçışçı olmağımda pis nə var ki?» — sualına nənəsi necə cavab verdi? (Luka 4:5—7). 5) Qaçış üzrə yarışda qalib olması Andreyə əsil məmnunluq gətirdimi? 6) Sonda Flaysiq qardaşın Andreyə yazdığı məktubda səndə təəssürat oyadan nə oldu? (Sül. məs. 10:22). 7) Flaysiq qardaş Andreyə nəyi anlamağa kömək etdi?
Keçmişi xatırlayaraq. 8) Müsahibə verən qardaş və bacı əvvəllər hansı karyeranı seçmişdilər və nə üçün? 9) Onlar hansı nailiyyətləri əldə etmişdilər? 10) Onların həyatında dönüş nöqtəsi nə olmuşdu? (2 Kor. 5:15). 11) Onlar qarşılarına hansı teokratik məqsədlər qoymuş və nə üçün öz karyeralarından imtina etmək qərarına gəlmişlər? 12) Onlar həyatlarındakı məqsədlərini dəyişdiklərinə görə peşmandırlarmı? 13) Səni bu müsahibələrdə həyatından necə istifadə edəcəyin barədə düşünməyə vadar edən nə oldu?
Zəhmət olmasa, digər müsahibələrə və əlavə məlumata da bax və növbəti həftə Xidməti görüşdə müzakirə olunacaq suallara cavablar hazırla.