Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/07 s. 6
  • Həyatını nəyə həsr edəcəksən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatını nəyə həsr edəcəksən?
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • «Gənclərin sualları. Həyatımı nəyə həsr edim?» (I hissə)
    Müqəddəs ibadətimiz 2012
  • «Gənclərin sualları. Həyatımı nəyə həsr edim?» (II hissə)
    Müqəddəs ibadətimiz 2012
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2004
  • Qoy tərəqqin hamıya aşkar olsun
    Gözətçi qülləsi 2009
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 4/07 s. 6

Həyatını nəyə həsr edəcəksən?

1 Çox vaxt uşaqlardan soruşurlar: «Böyüyəndə kim olmaq istəyirsən?» Qardaşlar, siz balaca olanda kim olmaq istəmisiniz: Həkim? Sürücü? Yoxsa rayon nəzarətçisi? Bacılar, bəs siz kim olmaq istəmisiniz: Tibb bacısı? Rəqqasə? Yoxsa xüsusi pioner? İndi artıq böyümüsünüz və özünüzə başqa sual verməlisiniz: «Həyatımı nəyə həsr edim?» Qərar qəbul etməyə hazırsınızmı?

2 Daha düzgün qərar qəbul etməkdə Yehovanın Təşkilatının buraxdığı «Gənclərin sualları: Həyatımı nəyə həsr edəcəyəm?» adlı rəqəmli videodisk (DVD) sizə kömək edəcək.Bu filmə, onun mövzusuna, müsahibələrə və əlavə materiala baxın və üzərində düşünün. Videodiskin mündəricatı «Əsas menyu» adlı çərçivədə göstərilir.

3 Film. Filmə baxarkən növbəti sualların üzərində düşünün: 1) Yunanca Müqəddəs Yazılarda xatırlanan Timotey ilə filmdəki Andre arasında hansı oxşarlıq var? (Həv. iş. 16:1; 1 Tim. 4:8; 2 Tim. 1:5). 2) İdmanda karyera etməyə Andreni kim və necə təhrik edirdi? 3) Düzgün seçim etməkdə Timoteyə və Andreyə kim kömək etdi və necə? (2 Tim. 1:1-4; 3:14, 15). 4) Matta 6:24 və Filipililərə 3:8 ayələrindəki sözlər Andreyə necə tə’sir etdi? Bəs o sözlər sizə necə tə’sir edir?

4 Epizodlar. Filmə tam baxdıqdan sonra bə’zi epizodlara qayıdın və növbəti suallara cavab verin. «Pavel və Timotey» epizodu: Pavel sonuncu dəfə Timoteyə hansı məsləhəti verdi? (2 Tim. 4:5). «Ən yaxşı şeyi Yehovaya vermək» epizodu: Hansı ruhani məqsədlərin var? «Yehovanı seçdi» epizodu: Əsl xoşbəxtlik nədən asılıdır? «Nənənin məsləhəti» epizodu: Şeytan dünyasında ulduz olmaq arzusunda təhlükəli olan nədir? (Mat. 4:9). «Təəssüflənməmək» epizodu: Hansı həqiqəti dərk etmək, həyatından düzgün istifadə etməyə kömək edəcək? (Sül. məs. 10:22).

5 Müsahibələr. Növbəti hissələrə baxarkən özünüzdən soruşun: Malik olduğum ən yaxşı şeyləri Yehovaya necə verə bilərəm? 1) «Həyatımı boş şeylərə, yoxsa Allaha həsr etməli?» (1 Yəh. 2:17). 2) «Xidmətimdən necə sevinc duya bilərəm?» (Məz. 27:14). 3) «Xidmətə açılan qapı» (Mat. 6:33).

6 Keçmişi xatırlayaraq. Cavab verə bilərsinizmi? 1) Müsahibə verən qardaş və bacı əvvəllər hansı karyeranı seçmişdilər və nə üçün? 2) Onlar hansı nailiyyətlərə malik olmuşlar? 3) Onların həyatındakı dönüş nöqtəsi nə olmuşdur? (2 Kor. 5:15). 4) Onlar qarşılarına hansı teokratik məqsədlər qoymuş və nə üçün öz karyeralarından imtina etmək qərarına gəlmişlər? 5) Onlar həyatlarındakı məqsədlərini dəyişdiklərinə görə peşmandırlarmı? 6) Bu müsahibələrdə həyatınızdan necə istifadə edəcəyiniz üzərində düşünməyə sizi nə təşviq etdi?

7 Əlavə müsahibələr. Bu müsahibələrdən, Yehovaya xidməti necə genişləndirməyə dair nə öyrəndiniz? 1) «Şəxsi öyrənmənin dəyəri». 2) «Xidmətin müxtəlif növləri». 3) «Bet-El xidməti». 4) «Missionerlər üçün Gilead Məktəbi». 5) «Xidməti Təkmilləşdirmə Məktəbi». («Nəşrlər üçün əlavə İndeks»i nəzərdən keçirin və sizi daha çox maraqlandıran mövzuya dair material oxuyun.)

8 Beləliklə, həyatınızı nəyə həsr edəcəyinizi artıq qərara almısınızmı? Pavel Timoteyi təşviq edirdi: «Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 Tim. 4:15). Biz də təşviq edirik ki, bu videodiskə baxıb siz də eyni cür davranasınız. Yehovadan xahiş edin ki, şən və mə’nalı həyatınız, həmçinin xoşbəxt gələcəyiniz olsun deyə düzgün qərar qəbul etməkdə sizə kömək etsin.

[6 səhifədəki çərçivə]

ƏSAS MENYU

Film

Epizodlar (11 epizod)

Müsahibələr

Hamısının təkrarı

Hissələr (3 hissə)

Keçmişi xatırlayaraq

Əlavə material

Əlavə müsahibələr

Nəşrlər üçün əlavə İndeks

Subtitrlər

Zəif eşidənlər üçün

Heç nə

Axtarış üçün «İrəli ▶», «◀ Geri», və «Əsas Menyu» düymələrindən istifadə edin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş