Elanlar
◼ Oktyabr ayında paylanacaq ədəbiyyat: «Gözətçi qülləsi» jurnalı. Təkrar başçəkmə edərkən Müqəddəs Kitabı öyrənmək üçün vəsaiti və ya əgər insanın tələbatına uyğundursa, «Allahın sözünə qulaq as», yaxud «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşüralarını təqdim et və Müqəddəs Kitab öyrənməsi başlamağa çalış. Noyabr və dekabr: təbliğçilər növbəti traktatları təklif edə bilərlər: «Bütün iztirablara tezliklə son qoyulacaq!», «Həqiqəti öyrənmək istəyirsinizmi?», «Bu dünya mövcudluğuna davam edəcəkmi?» və ya «Ailə həyatından həzz alın». Əgər insan maraq göstərərsə, Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərmək üçün müvafiq vəsaiti, yaxud da «Allahın sözünə qulaq as» və ya «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşüralarını göstər. Yanvar: Təbliğçilər «Xoşbəxtlik gətirən həqiqi iman», «Həyatın mənası nədədir?», «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?», «Allah həqiqətən də bizim qeydimizə qalırmı?» adlı 32 səhifəli broşüralardan istifadə edə bilərlər. Təkrar başçəkmə zamanı Müqəddəs Kitabı öyrənmək üçün vəsaitdən istifadə et, yaxud əgər insanın tələbatına müvafiqdirsə, «Allahın sözünə qulaq as» və ya «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşüralarının köməyilə Müqəddəs Kitabı öyrənməyə başla.
◼ 2012-ci il noyabrın 5-dən etibarən azərbaycandilli ərazidə Yığıncağın Müqəddəs Kitab öyrənməsində «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabı araşdırılacaq.