Sadə təqdimələr
Noyabr ayının ilk şənbəsində Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün
«Əksər insanlar yaxşı hakimiyyət arzusundadırlar. Sizcə, bəşəriyyətin problemlərini hansı hakimiyyət həll etməyə qadirdir? [Cavab verməsinə izin ver.] Görün burada bu haqda nə deyilir». Ev sahibinə «Gözətçi qülləsi»nin oktyabr—dekabr sayını göstər və 22-ci səhifədəki yarımbaşlıq altındakı məlumatı birlikdə nəzərdən keçir və ən azı bir Müqəddəs Kitab ayəsi oxu. Jurnalı ver və növbəti sualı müzakirə etmək üçün görüş təyin et.
GÖZƏTÇİ QÜLLƏSİ Oktyabr—dekabr
«Biz sizinlə bu gün baş alıb gedən və bir çoxlarının narahatçılığına səbəb olan korrupsiya barədə danışmaq istəyirik. Necə düşünürsünüz, nə vaxtsa korrupsiyanın kökü kəsiləcəkmi? [Cavab verməsinə izin ver.] Görün Müqəddəs Kitabda gələcəklə bağlı nə vəd edilir. [Məzmur 72:12—14 ayələrini oxu.] Bu jurnalda tezliklə korrupsiyaya son qoyulacağı barədə deyilir».