Dekabrın 24-dən başlanan həftənin cədvəli
DEKABRIN 24-DƏN BAŞLANAN HƏFTƏ
Mahnı 5 və dua
□ Yığıncağın Müqəddəs Kitab öyrənməsi
lv fəs. 4, abz. 1—11 (30 dəq.)
□ Teokratik Xidmət Məktəbi
Müqəddəs Kitabın oxunması: Zəkəriyyə 9—14 (10 dəq.)
№ 1: Zəkəriyyə 11:1—13 (4 dəq. və ya az)
№ 2: Har-Megidonun yaxın olduğunu haradan bilirik? (lr fəs. 47) (5 dəq.)
№ 3: Süleymanın məsəlləri 15:1 ayəsindəki məsləhəti hansı vəziyyətlərdə tətbiq edə bilərik? (5 dəq.)
□ Xidməti görüş
30 dəq. Rəsmi veb-saytımızdan necə səmərəli istifadə edə bilərik? 3-dən 6-dək səhifələrə əsaslanan müzakirə. 4-cü səhifəni müzakirə edərkən bir ailənin ailəvi ibadət axşamı keçirdiyini göstərən üç dəqiqəlik səhnəcik daxil et. Ailə başçısı ailə üzvlərindən növbəti həftə nəyi müzakirə etmək istədiklərini soruşur. Uşaqlar isə veb-saytdakı «Yeniyetmələr» bölməsini müzakirə etmək istədiklərini bildirirlər. Dinləyicilərdən şəxsi və ailəvi öyrənmə zamanı jw.org saytından necə istifadə etdiklərini və ya istifadə etməyi planlaşdırdıqlarını soruş. 5-ci səhifəni müzakirə edərkən təbliğçinin ev sahibinin etiqadımızla bağlı sualına mobil telefon vasitəsilə necə cavab verdiyini göstərən üç dəqiqəlik səhnəcik daxil et. 6-cı səhifəni müzakirə edərkən təbliğçinin başqa dildə danışan insanla söhbət etdiyini göstərən dörd dəqiqəlik səhnəcik daxil et. Təbliğçi öz mobil telefonundan və ya həmsöhbətinin kompüterindən istifadə edərək onun dilində «Həqiqəti öyrənmək» traktatı və ya «Müqəddəs Kitab öyrədir» kitabı yerləşən səhifəni göstərir və onunla birgə müzakirə edir. Dinləyicilərdən jw.org veb-saytından xidmətdə necə istifadə etdiklərini soruş.
Mahnı 10 və dua