«Gözətçi qülləsi»ndə nəşr olunan yeni rubrika
Hər ayın birinci şənbəsində Müqəddəs Kitab öyrənməsi başlamaq üçün «Gözətçi qülləsi» jurnalındakı «Allahın Kəlamından nə öyrənirik?» adlı rubrikadan istifadə edirdik. Yanvar ayından başlayaraq bu rubrika «Müqəddəs Yazılara aid suallara cavablar» adlı rubrika ilə əvəz edilib. Bu rubrika kütləvi nəşrin axırıncı səhifəsində dərc olunacaq. Biz «Allahın Kəlamından nə öyrənirik?» adlı rubrikadan xidmətdə istifadə etdiyimiz kimi «Müqəddəs Yazılara aid suallara cavablar» rubrikasından da istifadə edə bilərik (km 12/10 s. 2). «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsində hər ayın ilk şənbə günü istifadə edə biləcəyimiz sadə təqdimələr nəşr olunmağa davam edəcək.