Xidmətimiz üçün faydalı rubrika
1. «Müqəddəs Kitab əsasında söhbət» adlı rubrika hansı iki məqsədə xidmət edir?
1 Vaxtaşırı olaraq «Gözətçi qülləsi»nin kütləvi nəşrində «Müqəddəs Kitab əsasında söhbət» adlı rubrika dərc olunur. Bu rubrikanın iki məqsədi var — Müqəddəs Kitab təlimlərini cəlbedici şəkildə təqdim etmək və müəyyən mövzuları nəzakətlə necə müzakirə edə biləcəyimizi göstərmək (1 Pet. 3:15). Biz bu məqalələrdən məharətlə necə istifadə edə bilərik?
2. Biz bu məqalələrdən necə istifadə edə bilərik?
2 Xidmətdə onlardan istifadə et. Sən içərisində bu rubrikadan olan məqaləni özünə daxil edən «Gözətçi qülləsi» nəşrinin əlavə sayını özündə saxlaya bilərsən. Ev sahibi, maraqlanan və ya Müqəddəs Kitabı öyrənən kəs bu məqalələrdən birində müzakirə olunan sualı verəndə və ya etirazını bildirəndə bu jurnalın birini ona ver və araşdırmağı təklif et. Əgər jurnalın çap edilmiş nüsxəsi yanında yoxdursa, onda jw.org saytından yükləyə bilərsən.
3. Kiminləsə bu məqalələrdən birini necə müzakirə edə bilərik?
3 Kiminləsə bu məqalələrdən birini necə müzakirə edə bilərsən? Bəzi təbliğçilər söhbət etdikləri insandan xahiş edirlər ki, məqalədəki qonşunun sözlərini oxusun, özləri isə Şahidin sözlərini oxuyurlar. Çap olunmuş dialoqun müzakirəsi faydalı olacaq. Bu, həmin insana rahat şəkildə təlimlərimizlə tanış olmağa imkan verəcək (Qanun. t. 32:2).
4. Özümüzü hazırlamaq üçün biz bu rubrikadakı məqalələrdən necə istifadə edə bilərik?
4 Özünü və başqalarını hazırla. Bu məqalələri oxu, ayələrə, nümunələrə, eləcə də dəlillərə diqqət yetir. Materialın məğzini tut. Sonra xidmətdə eyni üsuldan istifadə etməyə çalış (Sül. məs. 1:5; 9:9). Bir bacı diqqət yetirmişdi: «Bu məqalələri oxumaq hər zaman nə deməli olduğunu bilən təcrübəli pionerdən öyrənmək kimidir».
5. Müqəddəs Kitabı öyrətdiyimiz insanlara xidmətə hazırlaşmağa necə kömək edə bilərik?
5 Həmçinin bu çap olunmuş nümunələrin köməyi ilə Müqəddəs Kitabı öyrətdiyin insanı da xidmətə hazırlaya bilərsən. Məlumatı onunla birlikdə oxu və qoy o, təbliğçi rolunu oynasın. Bunun sayəsində Müqəddəs Kitabı öyrənən insan imanını nəzakətlə ifadə edə biləcək (Kolos. 4:6). Həqiqətən də, bu məqalələr Yehovanın xidmətimizi «tam yerinə yetir»məyimizə kömək etmək üçün istifadə etdiyi üsullardan yalnız biridir (2 Tim. 4:5).