Rəsmi veb-saytımız bizə və başqalarına fayda gətirmək üçün nəzərdə tutulub
İsa Padşahlıq haqqında xoş xəbəri «millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə» təbliğ etməyi tapşırıb (Mat. 24:14). Xidmətimizi tam şəkildə yerinə yetirməyimiz üçün watchtower.org, jw-media.org və jw.org saytları bir saytda — jw.org veb-saytında birləşdirilib (2 Tim. 4:5).
«Bütün yer üzündə». Dünya əhalisinin üçdə biri İnternetdən istifadə edir. Bu, çoxları, xüsusilə də gənclər üçün əsas informasiya vasitəsinə çevrilib. Bizim sayt İnternet istifadəçilərinə Müqəddəs Kitaba aid suallara doğru cavablar verir. Bunun sayəsində onlar üçün Yehovanın təşkilatına gəlmək və Müqəddəs Kitab öyrənməsinə başlamaq asanlaşır. Beləcə, uzaq ərazilərdə insanların Padşahlıq haqqında xoş xəbəri eşitmək imkanı olur.
«Millətlərin hamısına». «Millətlərin hamısına» şahidlik etmək üçün Müqəddəs Kitab həqiqətlərini müxtəlif dillərdə təqdim etmək tələb olunur. Hal-hazırda jw.org saytının istifadəçilərinin təxminən 400 dildə məlumat əldə etmək imkanı var. Bu, digər veb-saytlarla müqayisədə qat-qat çoxdur.
Məharətlə istifadə et. jw.org veb-saytını təzələməkdə məqsəd yalnız məsihçi olmayanlara şahidlik vermək deyil. O həmçinin Yehovanın Şahidlərinin istifadəsi üçün də nəzərdə tutulub. Əgər İnternet sənin üçün əlçatandırsa, biz səni jw.org saytı ilə tanış olmağa dəvət edirik. Onun istifadəsinə dair bəzi göstərişlərə diqqət yetir.
[3–cü səhifədəki çərçivə]
(Çərçivəyə nəşrin özündə baxın)
Təlimat
1 www.jw.org saytına daxil ol.
2 Saytla tanışlıq üçün bölmələrə, sol tərəfdəki menyulara və linklərə daxil ol.
3 jw.org saytına smartfon və planşet kimi müxtəlif elektron cihazlar vasitəsilə daxil ola bilərsən. Səhifə yığcamlaşdırılsa da, məlumat eynidir.