Xidmətdə veb-saytımızdan istifadə et. «Müqəddəs Yazılara aid suallara cavab»
jw.org saytında «Müqəddəs Yazıların təlimləri» başlığı altında «Müqəddəs Yazılara aid suallara cavab» bölməsi var. Əgər biz buradakı tez-tez verilən suallara cavablarla tanış olsaq, həmsöhbətimizi Müqəddəs Yazılara əsaslanan cavab tapa bilməsi üçün saytımıza yönəldə bilərik. Saytımızdakı bu suallardan təbliğə başlamaq üçün də istifadə edə bilərik. Biz ərazimizdəki insanlar üçün maraqlı gələ biləcək sualı qaldıra, həmsöhbətimizin buna dair fikrini öyrənə, sonra isə jw.org saytındakı materialdan istifadə edərək Müqəddəs Kitabda bu haqda nə deyildiyini çatdıra bilərik. Bundan sonra biz bu məlumatı haradan tapdığımızı göstərə və ya izah edə bilərik. Və ya cavabı birbaşa veb-saytımızdan həmin adamın özünə oxuda bilərik. Bir səyyar nəzarətçisinin arvadı belə bir üsuldan istifadə edir: «Bu gün çoxlarını bu sual narahat edir: “Allah Öz bəndələrinə əzab verirmi?” Siz bu sualın cavabını cəmi 51 saniyəyə bilmək istəyərdiniz?» Sonra o, həmin cavabın audio-yazısını telefonunda səsləndirir. Fikrini «Müqəddəs Kitab öyrədir» kitabının 11-ci fəslinə keçid etməklə yekunlaşdırır.