Rəsmi veb-saytımızdan xidmətdə istifadə et
İnsanları veb-saytımızdan istifadə etməyə təşviq et. Bizimlə söhbət etməyə və ya ədəbiyyat götürməyə tərəddüd edən insanlar öz evlərində jw.org saytına daxil olaraq Yehovanın Şahidləri barədə məlumat almaqdan heç də imtina etmirlər. Buna görə də hər fürsətdən istifadə edərək başqalarına veb-saytımız haqqında məlumat ver.
Suallara cavab ver. Bəzən maraq göstərən insanlar, eləcə də tanışlarımız Yehovanın Şahidləri və ya onların nəyə inandıqları barədə suallar verə bilərlər. Sualların cavabını yerindəcə mobil telefonda və ya kompüterdə göstər. Ən yaxşısı sitat gətirilən ayəni birbaşa Müqəddəs Kitabdan oxumaqdır. Əgər əlinin altında İnternet yoxdursa, həmsöhbətinə suallarına cavab tapmaq üçün jw.org saytından necə istifadə edə biləcəyini başa sal. (Daxil ol: Müqəddəs Yazıların təlimləri/Müqəddəs Yazılara aid suallara cavab və ya Haqqımızda/Tez-tez verilən suallar.)
Tanıdığın kiməsə məqalə və ya ədəbiyyat göndər. Yüklədiyin PDF və ya EPUB-u elektron məktuba əlavə edib kiməsə göndərə bilərsən. Yaxud da hər hansı nəşrin audioyazısını yükləyib CD-yə köçürə bilərsən. Vəftiz olunmamış kiməsə hər dəfə istənilən kitabın, broşüranın və ya jurnalın bütöv elektron variantını verəndə bunu payladığın ədəbiyyat kimi hesabata daxil edə bilərsən. Göndərdiyin material anonim və ya böyük həcmli olmamalıdır və başqa heç bir veb-sayda dərc olunmamalıdır. (Daxil ol: Nəşrlər.)
Yehovanın Şahidləri barədə son xəbərləri göstər. Müqəddəs Kitabı öyrənən insanlara və başqalarına dünya miqyasında görülən təbliğ işimizə və məsihçi birliyimizə görə minnətdarlıq ruhu aşılamaqda bunun sənə böyük köməyi dəyəcək (Məz. 133:1). (Daxil ol: Xəbərlər.)
[5–ci səhifədəki çərçivə]
(Çərçivəyə nəşrin özündə baxın)
Təlimat
1 Yükləmək istədiyin mövzuları «Nəşrlər» başlığı altında tap, mətn və ya audio formatını seçərək düyməyə bas.
2 Jurnaldakı məqalələrin siyahısına baxmaq üçün «MP3» düyməsinə bas. Yükləmək üçün məqalənin və ya İnternetdə qulaq asmaq üçün ▸ düyməsinin üzərinə bas.
3 Əgər başqa dildə ədəbiyyat yükləmək istəyirsənsə, həmin dili seç.