Rəsmi veb-saytımızdan başqa dildə danışan insana kömək etmək üçün istifadə et
Ona veb-saytımızı göstər. Veb-saytı öz dilində görə bilməsi üçün ona «Saytın dili» sihayısından necə istifadə etməyi göstər. (Bəzi dillərdə sayt qismən fəaliyyət göstərir.)
Veb-səhifəni onun dilində göstər. Səhifədə «Müqəddəs Kitab öyrədir» kitabı və «Həqiqəti öyrənmək» traktatı kimi nəşrlərimizi göstərə bilərsən. «Məqalənin dili» siyahısında həmsöhbətinin danışdığı dili seç.
Məqaləyə qulaq asdır. Həmsöhbətinin dilində audioyazısı olan məqalə tap və onun üçün səsləndir. Əgər sən başqa dil öyrənirsənsə, onu yaxşı öyrənmək üçün həmin dildə audioyazılara qulaq as. (Daxil ol: Nəşrlər/Kitab və broşüralar, yaxud Nəşrlər/Jurnallar.)
Kar insanlara şahidlik et. Kar insana rast gələndə Müqəddəs Kitabın fəsillərinin, kitabların, broşüraların və traktatların jest dilində videoyazısını göstər. (Daxil ol: Nəşrlər/Jest dili.)
[6–cı səhifədəki çərçivə]
(Çərçivəyə nəşrin özündə baxın)
Təlimat
1 Seçdiyin audioyazını (əgər sənin dilində varsa) səsləndirmək üçün ▸ düyməsini və ya ədəbiyyat yükləmək üçün «Yükləmək üçün seç» düymələrindən birini bas.
2 Məqalənin dilini dəyişmək üçün «Məqalənin dili» siyahısından lazım olan dili seç.
3 Başqa məqaləni və ya fəsli oxumaq üçün «Növbəti» və ya «Mündəricat» düyməsini bas.