Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti sualları 2013-cü il fevralın 25-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Mötərizədə sualın müzakirə edildiyi tarix göstərilir ki, bu bəndə hazırlaşarkən axtarışlar etmək asan olsun.
1. Nəyə görə İsa «dərd çəkənlər»in xoşbəxt ola biləcəyini dedi? (Mat. 5:4) (7 yan., w09 15/2 s. 6, abz. 6).
2. İsanın nümunəvi duasında şagirdlərinə öyrətdiyi: «Qoyma sınaqlar qarşısında yıxılaq», — sözləri hansı mənanı daşıyır? (Mat. 6:13) (7 yan., w04 1/4 s. 25, abz. 13 [w04-U 1/2 s. 16, abz. 13]).
3. Dostunuz kompüter proqramının son versiyasını alıb, siz də ondan istəyirsiniz. O təklif edir ki, pulunuza qənaət edib proqramı ondan köçürəsiniz. Sizcə, bu dürüstlük olardımı? (Mat. 7:12) (14 yan., w11 1/4 s. 30-dakı çər. [w10-U 1/6 s. 14-dəki çər.])
4. İsanın çəkdiyi xardal toxumu məsəli hansı iki vacib şeyi vurğulayır? (Mat. 13:31, 32) (21 yan., w08 15/7 s. 17, 18, abz. 3—8).
5. İsa var-dövlətə dair hansı vacib xəbərdarlığı etdi və var-dövlət Yehovaya xidmətdə necə maneəyə çevrilə bilər? (Mat. 19:23—26) (28 yan., w06 1/1 s. 25, abz. 11, 12 [w06-U 1/1 s. 22, abz. 11, 12]).
6. İsanın: «Sən özün bunu dedin», — sözləri hansı mənanı daşıyır? (Mat. 26:63, 64) (11 fev., w11 1/7 s. 26 [w11-U 1/6 s. 18]).
7. Nəyə görə İsa şənbənin də Ağası adlanır? (Mark 2:28) (18 fev., w08 15/2 s. 28, abz. 7).
8. Nəyə görə İsa anaları və qardaşları barədə Mark 3:31—35 ayələrində yazılan kimi cavab verdi və biz bundan nə öyrənə bilərik? (18 fev., w08 2/15 s. 29, abz. 5).
9. Təşəbbüsü üzərimizə götürərək həmimanlılarımıza hörmət göstərməyin ən yaxşı üsullarından biri hansıdır və nəyə görə? (Mark 6:30—34) (25 fev., w10 10/15 s. 19, abz. 17, 18).
10. Mark 8:32—34 ayələrində İsanın Peterin sözlərinə kəskin reaksiya göstərməsindən nə öyrənə bilərik? (25 fev., w08 15/2 s. 29, abz. 6).