Elanlar
◼ 2013-cü ilin mart və aprel aylarında paylanacaq ədəbiyyat: «Gözətçi qülləsi» jurnalı. İnsanlara təkrarən baş çəkərkən Müqəddəs Kitabı öyrənmək üçün nəzərdə tutulan vəsaiti təqdim etmək, yaxud da, əgər onun tələbatlarına uyğundursa, «Allahın sözünə qulaq as» və ya «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşüralarını təklif etmək və Müqəddəs Kitab öyrənməsi başlamaq olar. 2013-cü ilin may və iyun ayı: təbliğçilər növbəti traktatları təklif edə bilərlər: «Bütün iztirablara tezliklə son qoyulacaq!», «Həqiqəti öyrənmək istəyirsinizmi?», «Bu dünya mövcudluğuna davam edəcəkmi?» və ya «Ailə həyatından həzz alın». Əgər insan maraq göstərərsə, Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərmək üçün müvafiq vəsaiti, yaxud da «Allahın sözünə qulaq as» və ya «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşüralarını göstər.
◼ Xatirə gecəsi mart ayının 26-sı çərşənbə axşamı keçiriləcək. Əgər çərşənbə axşamı sizin yığıncaq gününüzə düşürsə, görüşü həftənin başqa gününə, Padşahlıq zalında yığıncaq olmayan günə keçirin. Əgər bunu etmək mümkün deyilsə, yığıncağın ağsaqqallar şurasının koordinatoru yığıncaq üçün xüsusilə vacib olan bəndlərin həmin ay keçirilən başqa Xidməti görüşdə müzakirə edilməsi üçün tədbir görə bilər. Əgər həmin həftə rayon nəzarətçisinin başçəkməsi ilə üst-üstə düşürsə, qardaşın ikinci gün keçirəcəyi görüş həftənin başqa gününə keçirilməlidir.