Əgər kimsə deyirsə...
«Allah nə qədər ömür veribsə, o qədər də yaşayırıq. Hər kəs vaxtı çatanda öləcək».
Belə cavab vermək olar: «Bir çox insanlar sizin kimi düşünürlər. Bəs qədim xalqların bir çoxunun da bu cür nöqteyi-nəzərə sahib olduğundan xəbəriniz var? Həmin dövrdə insanlar nə qədər yaşayacaqlarının və nə vaxt öləcəklərinin qabaqcadan müəyyən olunduğuna inanırdılar. Ancaq Allahın Kəlamında insan həyatı ilə bağlı tamamilə fərqli nöqteyi-nəzər mövcuddur. Sonra əlavə etmək olar: 1) (Vaiz 9:11 ayəsini oxu.) Tutaq ki, yol ilə gedən bir nəfərin başına binaların birindən kərpic düşdü. Sizcə bunu Allah etdi? Əgər elədirsə, bəs onda nəyə görə binanın sahibini səhlənkarlıqda günahlandırırlar? [Cavab verməsinə izin ver.] İnsanın kərpic düşən zaman oradan keçməsi, Müqəddəs Kitabda deyildiyi kimi, vaxt və təsadüfün nəticəsidir. 2) Müqəddəs Yazılarda deyilir ki, pis vərdişlərdən uzaq dursaq, canımızı qoruyacağıq (Sül. məs. 16:17). Əgər övladlarınız varsa, sözsüz ki, siz bu prinsipi onların tərbiyəsində istifadə edirsiniz. Siz onları həyat üçün təhlükəli olan hər şeydən qoruyursunuz. Bəşəriyyətin rifahı üçün Yehova Allah da eyni şeyləri edir. 3) Yehova Allah gələcəkdə nələr olacağını çox yaxşı bilir. Ona itaətsizlik edən insanlardan fərqli olaraq, biz daha çox yaşamaq üçün nə etməli olduğumuzu Müqəddəs Kitabdan öyrənə bilərik (Məz. 37:29; Sül. məs. 12:28)». (Həmçinin «Tale» mövzusuna bax.)