Təbliğ xidmətində əldə olunan nailiyyətlər
Sizə xəbər verməyə şadıq ki, 2013-cü ilin yanvar ayında Gürcüstandakı təbliğçilər bayram günlərindəki boş vaxtlarından səmərəli istifadə ediblər. Bu ilin yanvar ayında ötən il ilə müqayisədə hesabat verən təbliğçilərin sayı 704 nəfər çox olub. Ümumilikdə, 18 118 təbliğçi ötən illə müqayisədə 19 600 saat çox təbliğ edib, 6796 broşüra və 10 163 jurnal çox paylayıb, eləcə də 304 Müqəddəs Kitab öyrənməsi çox keçirib.