Əgər kimsə deyirsə...
«Allah nə üçün pisliyə yol verir?»
Belə demək olar: «Sualınız yerinə düşür. Allahın keçmişdə yaşamış bir çox sadiq peyğəmbərləri də ətraflarında baş verən pisliklərdən ah-nalə edirdilər (Habaq. 1:3, 13)». Sonra əlavə etmək olar: 1) «Bu, Allahın etinasız olduğunu bildirmir. O, bizi əmin edir ki, bütün pis adamların cəzasını vermək üçün vaxt təyin edib (Habaq. 2:3)». 2) «Əgər həmin vaxt biz də xilas olmaq istəyiriksə, nə etməliyik? (Habaq. 2:4b; Sef. 2:3)».
«İlahi müjdə»
«Biz qonşuluğunuzda yaşayan insanlara Allahın Kəlamından ruhlandırıcı bir xəbər çatdırırıq. Söhbət etdiyimiz insanların əksəriyyətini sevən Allahın bu qədər əzab–əziyyətə nə üçün yol verdiyi təəccübləndirir. Sizcə, Allah insanları əzab–əziyyət çəkmək üçünmü yaradıb?» Cavab verməsinə izin ver. Sonra 5–ci fəslin ilk iki abzasını və kursivlə yazılmış ayələri oxu və müzakirə et. Broşüranı ver və qalın şriftlə yazılmış növbəti sualı gələn dəfə müzakirə etməyi təklif et.