Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2014-cü il fevralın 24-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək.
Şeytan Həvvanın diqqətini nəyə yönəltdi və Həvvanın qadağan olunmuş meyvədən yeməsindən nə bəlli oldu? (Yar. 3:6) (6 yan., w11 15/5 s. 16, abz. 5).
Yehovaya məqbul imana sahib olduğu üçün qurbanı qəbul olunan Habil bu cür möhkəm imana nəyin sayəsində nail olmuşdu? (Yar. 4:4, 5; İbr. 11:4) (6 yan., w13 1/1 s. 12, abz. 3; s. 14, abz. 4, 5).
Sizi şirnikdirməsinə yol vermək təhlükəlidir və Şeytan bizi öz tələsinə salmaq üçün hansı fəndlərə əl atır? (Yar. 6:2) (13 yan., w10 15/4 s. 20, 21, abz. 4, 6, 8).
Sodom şəhərindən qaçan Lutun və onun arvadının nümunəsindən biz nə öyrənirik? (Yar. 19:14—17, 26) (27 yan., w03 1/1 s. 26, abz. 20 [w03-U 1/1 s. 16, abz. 20]).
Yaradılış 22:18 ayəsində Allahın xeyir-duaları barədə nə deyilir? (3 fev., w10 15/12 s. 19, abz. 16).
Şəxsi münaqişələrin həll olunmasında həlimlik nə dərəcədə vacibdir və əgər münaqişəni həll etmək üçün göstərdiyimiz ilk cəhdlərimiz boşa çıxırsa, nəyə görə təslim olmamalıyıq? (Yar. 27:41) (10 fev., w09 15/11 s. 22, 23, abz. 17—19).
Yaqubun «nərdivan» gördüyü yuxunun mənası nədir? (Yar. 28:12, 13) (10 fev., w04 1/5 s. 30, abz. 6 [w04-U 15/1 s. 28, abz. 5]).
Qədimdə yaşayan çobanların vəzifəsinə nə daxil idi və ağsaqqallar qoyunları Şeytanın ağzından necə çəkib çıxara bilərlər? (Yar. 31:39, 40) (17 fev., w11 6/15 s. 21, abz. 6, 7).
Yaqub müqəddəs olan şeyləri qiymətləndirdiyini necə göstərdi və biz bundan nə öyrənə bilərik? (Yar. 32:24—29) (24 fev., w04 15/1 s. 30, abz. 9 [w04-U 1/5 s. 28, abz. 8]).
Dinanın başına gələn hadisəyə əsasən, biz nədən uzaq durmalıyıq? (Yar. 34:1, 2) (24 fev., w01 1/10 s. 30 [w01-U 1/8 s. 20, 21]).