Novruz bayramı
Baharın gəlişi münasibətilə qeyd edilən Novruz bayramı haqqında nə demək olar? Alimlərin fikrincə bu bayramın tarixi qədim Mesopotamiyadan başlayır. Babildə yeni il nisan ayının (mart-aprel) 21-də qeyd edilirdi. Bu bayram, insanın təbiət qüvvələrinə sitayişini xarakterizə edirdi. Novruz sonralar Zərdüştlükdə (oda sitayiş) özünə yer tapmışdır. Atəşpərəstlərin əsas bayramlarından biri olan Novruz «qışın sonu, yazın başlanğıcı və əcdadların ruhunun yad edilməsi» ilə bağlı idi. Bir Britaniya alimi qeyd edir ki, Zərdüştlükdə bu bayram həmçinin onların güc və qüvvə mənbəyi hesab edib sitayiş etdikləri odla əlaqəli idi. Sonralar Zərdüştlüyün bu ayinləri geniş yayılmağa başladı. Qədim Azərbaycan ərazisində Novruz günü məbədlərdə oda sitayiş mərasimləri keçirilərdi. Evlərin damında məşəl, həyətlərdə tonqal, süfrələrdə şam yandırılardı. Zərdüştlərin bir çox başqa adətləri də günümüzə qədər saxlanılmışdır. Məsələn, onlar qabları buğda və arpa toxumu ilə doldurar, üzərinə su tökər və böyüdüb evdə görünən bir yerə qoyardılar. «Zərdüştlər bayram zamanı süfrəyə şirniyyatlar və çoxalmanın simvolu sayılan yumurta qoyurdular ki, bu da müasir Novruz bayramının əsas atributlarındandır».
Sözsüz, məsihçilər bu məsələdə Müqəddəs Kitab prinsiplərinə uyğun davranmağa çalışırlar. 1 Korinflilərə 10:20—22 ayələrində deyilir: «Başqa millətlər qurbanları Allaha yox, cinlərə gətirirlər. Mən isə istəmirəm ki, siz cinlərlə ortaq olasınız. Siz həm Yehovanın camından, həm də cinlərin camından içə bilməzsiniz. Siz həm “Yehovanın süfrəsindən”, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. Yoxsa “Yehovanı qəzəbləndirmək” istəyirik? Məgər biz Ondan güclüyük?»