Xatirə gecəsinə dəvətnamələrin paylanılması ilə əlaqədar martın 1-dən başlanan kampaniya
1. Xatirə gecəsi ilə əlaqədar dəvətnamələr nə vaxt paylanmağa başlanacaq və nəyə görə kampaniyanın vaxtı keçənilkinə nisbətən çox olacaq?
1 Hər il keçirilən kampaniya bu il cümə günü martın 1-dən başlanılacaq. Bu kampaniya zamanı insanları bizimlə bərabər Xatirə gecəsində iştirak etməyə dəvət edəcəyik. Xatirə gecəsi martın 26-da qeyd olunacaq, bu isə o deməkdir ki, kampaniyanın vaxtı keçənilkinə nisbətən bir az çox olacaq. Bu, xüsusilə də ərazisi böyük olan yığıncaqlar üçün daha çox insana dəvətnamə verməyə imkan yaradacaq.
2. Ərazimizi işləmək üçün hansı tədbirlər görülüb və dəvətnamələri haradan əldə edə bilərik?
2 Təşkilatçılıq. Ağsaqqallar sahələri necə işləməyə və evdə heç kim olmayanda dəvətnamə saxlayıb-saxlamamağa dair göstəriş verəcəklər. Əgər sahəmizi işlədikdən sonra dəvətnamələr qalarsa, onda onları küçədə təbliğ edərkən paylamaq olar. Xidmət nəzarətçisi qayğı göstərəcək ki, yığıncaqdakı ədəbiyyat stolunun üstünə digər ədəbiyyatlarla yanaşı dəvətnamələr də qoyulsun, ancaq dəvətnamələrin hamısını birdən yox, hissə-hissə qoymaq lazımdır. Biz yalnız həftə ərzində paylaya biləcəyimiz qədər dəvətnamə götürməliyik.
3. Dəvətnamə verərkən nəyi yadda saxlamalıyıq?
3 Necə etməli? Daha çox insana dəvətnamə paylamaq üçün yaxşı olardı ki, mümkün qədər qısa təqdimə edək. Əlbəttə, ev sahibi səmimi söhbət edir və ya suallar verirsə, dərhal getməyə tələsmək lazım deyil. Əgər həftəsonları dəvətnamə paylayırıqsa, yeri düşəndə jurnallar da təklif edə bilərik. Martın 2-də diqqətimizi Müqəddəs Kitab öyrənməsi başlamağa yox, dəvətnamələr paylamağa cəmləməliyik.
4. Nəyə görə Xatirə gecəsi ərəfəsində keçiriləcək kampaniyada canla-başla iştirak etməliyik?
4 Ümidvarıq ki, Xatirə gecəsində çoxları bizə qoşulacaqlar. Xatirə gecəsində söylənəcək məruzədə İsa Məsihin kim olduğu açıqlanacaq (1 Kor. 11:26). Məruzədə onun ölümün bizə hansı faydası olduğu da izah olunacaq (Rom. 6:23). Həmçinin bizim onu xatırlamağımızın nə üçün vacib olduğu vurğulanacaq (Yəh. 17:3). Gəlin bu kampaniyada biz də canla-başla iştirak edək!